SON DƏQİQƏ

Bir sıra mətbuat işçiləri "Cəsarətli qələm" döş nişanı ilə təltif olundu.

Tarix:24-07-2021, 09:24

22 İyul Milli Mətbuat Günü münasibətilə Qafqazmedia İB-nin rəhbəri, “Qafqaz-Media” İctimai Birliyinin sədri və Qafqazmedia.az saytının rəhbəri, şair, publisist, həkim-jurnalist, ictimayyətçi-xeyriyyəçi, prezident təqaüdçüsü Hacı Azadə Talehi tərəfindən bir qrup media işçiləri "Cəsarətli qələm" lahiyəsinin qalibləri döş nişanı ilə təltif olundu.  Bir qrup media işçiləri, xeyriyyəçilər  “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “Xarı Bülbül”  Fəxri diplomuna layiq görüldü. Təltif olunanlar sırasında şair-publisist AJB-nin və AYB-nin üzvü Rauf İlyasoğluda var. Həmişə olduğu kimi zəhmətə, qələmə qiymət, dəyər verən, Azərbaycan gənclərini dəyərləndirən  Azadə xanımı və bütün media işçilərini “XeberTıme.az”  informasiya portalı adından paşə bayramı münasibəti ilə ürəkdən təbrik edirik, möhkəm can sağlığı, işlərində bol-bol uğurlar arzulayırıq

Yeganə Telmanqızı 
 “XeberTıme.az”


                                     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ