SON DƏQİQƏ

Nəcibə İlkin-60

Tarix:24-07-2021, 09:48

Azərkitab kitab mərkəzində 22 iyul 2021-ci il tarixində sair- jurnalist Nəcibə İlkinin " Gədəbəy qartalı" romanı "  və " Yarımçıq  toy" povest və hekayələrindən ibarət kitablarının təqdimat mərasimi keçirildi.Bu təqdimat eyni zamanda tanınmış qələm sahibinin 60 illik yubileyinə təsadüf edir.
Nəcibə İlkin( Babakişiyeva) 1961 - çi ilin iyulun 22 - də Tərtər rayonunun Sarov kəndində dünyaya göz açıb.
Moskva Texnologiya universitetinin dil-ədəbiyyat fakültəsini bitirib.Ədəbi yaradıcılığa 1978- ci ildən başlayıb.İlk şeiri 1978- cu ildə  çap olunub.
" Bir ömür ulduzum", (2004)," Qəlbimdə dil açan dünya" (2006)," İllərin o tayı gözləyir məni"(2011), " Son görüş,son zəng, son təbəssüm"(2013), " Qartal zirvədə qaldı"(2015), " Könlüm nağıl istəyir" (2016), " Sözün ölçüsü və çəkisi"(2016)," Bir şəhidin gecikmiş ömür yolu"(2018), " Yarımçıq toy" povest və hekayələr (2020 ), " Gədəbəy qartalı" (2020), " İki vətən qızı" (2020),kitablarının müəllifidir.
" Bir yorğun yolcuyam" şeirlər kitabı2019 - cu ildə  Təbrizdə işıq üzü görüb.Bir çox media mükafatlarına odullərə layiq görülüb. 
" Azad qələm" qəzetinin  və "Ali Ziya" jurnalının baş redaktorudur.
Tədbirin aparıcısı şair Yusif Nəğməkar Nəcibə İlkin yaradıcılığından geniş və ətraflı  söhbət açdı.
Qələm dostlari Yubilyarı təbrik etdilər , ürək sözlərini dedilər. 
Nəcibə İlkin tədbir iştirakçılarına və Azərkitab kitab mərkəzinin layihə rəhbəri Sabir Həsənova təşəkkürünü bildirdi və kövrək, duyğulu  şeirlər söylədi.
Şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olundu. 
Sonra xatirə şəkilləri çəkildi və qonaqlar şirniyyat süfrəsinə dəvət olundu.
400 dən çox kitabların redaktoru, ön söz müəllifi və məsləhətçisi olmuş Nəcibə İlkinin şeirləri Türkiyə mətbuatında da mütəmadi olaraq dərc olunur.
AYB nin və AJB min üzvü, Prezident təqaüdçüsü olan  qələm dostumuzu ürəkdən təbrik edir , can sagligi və yeni yaradıcılıq uğurları arzulayırıq. 

Rauf İlyasoglu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ