SON DƏQİQƏ

" Solaxay snayper " romanını oxuyarkən

Tarix:24-07-2021, 09:54

" Solaxay snayper "  romanını oxuyarkən 
Baş leytenant Malik Səfərov mayor Sabir Aslanova dedi: - Son altı ayda düşmənlərin snayperlərinin açdıqları atəşlər nəticəsində üç əsgərimiz  şəhid olub, altı nəfər isə ağır yaralanıb.
Hələ kənd əhalisini demirəm.
Mövqelərimizdən  sağ tərəfdə yerləşən Qaralar və Çuxurlu kəndləri   də daim atəş altındadır.
Qorxu altında olan əhali öz işləri ilə məşğul ola bilmirlər.
Biz isə əllərimizi yanımıza sallayıb baxırıq. 
Bu nə vaxta qədər davam edəcəkdir? 
Sizə elə gəlmir ki, onlara layiq olduqları cavabın verilmə vaxtı artıq çatmışdır ?!
Mayor Sabir Aslanov diqqətlə bu gənc zabitə baxdı;
- Mən sizin dediklərimizlə razıyam, amma reallığı da nəzərdən qaçırmayın.
Əgər biz ermənilərə tərəf bir güllə belə  atsaq ,o dəqiqə hay - həsir qoparacaqlar. " Baxın , görün, bizim milləti genosid  edirlər , bizi qırırlar , kömək edin" - deyib bütün nəzarət qruplarını həyasızcasına üstümüzə qaldıracaqlar.Siz özünüz dəfələrlə bunun şahidi olmusunuz.
Onda bir planım var ..."
 Bu cümlələr istedadlı yazıçı Ramiz Qafar oğlu Cəfərovun " Soloxay snayper " romanından götürülüb.
Ramiz Cəfərov Qubadlı rayonunun Əliqulu- uşağı kəndində ziyalı ailədə anadan olmusdur. Bədii yaradıcılığa erkən yaşlarından başlamış Ramiz Cəfərov mətbuatda müntəzəm olaraq müxtəlif şəkili  yazıları ilə çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
" Solaxay snayper " kitabı müəllifin oxucularla doqquzuncu görüşüdür. Əsasən vətənpərvərlik mövzusunda yazıb yaradan Ramiz Cəfərov müharibənin acı həqiqətlərinin canlı şahididir.
 Kitabda qəhrəman Azərbaycan xalqının igid oğullarının mənfur düşmənlərə qarşı əzmli  mübarizəsindən bəhs edilir.
Son damla qanına qədər vuruşmağa hazır olan əsgərlərimizin yüksək döyüş əhval- ruhiyyəsi çox rəvan və axıcılıqla təsvir olunmuş, psixoloji məqamlar müəllif tərəfindən çox böyük ustalıqla qələmə alınmışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabın qəlbi vətən məhəbbəti ilə döyünən gənclərimiz üçün örnək olacağı heç bir şübhə doğurmur.
" Sahhafcı çap evi və poliqrafiya " mərkəzində çap olunmuş kitabın redaktoru dəyərli romanlar müəllifi , yazıçı İntiqam Cəfərovdur.
Ramiz Cəfərova yeni- yeni yaradıcılıq uğurları arzulayırıq. 
İnanıram ki, növbəti kitabı 44 günlük vətən müharibəsində qələbə qazanmış ordumuzun rəsadətindən, şəhidlərimizin, qazilərimizin qanı bahasına işğaldan azad olunmuş bərəkətli torpaqlarımızda yenidən məskən salmış və  yurdumuza qayıtmış zəhmətkeş insanlarımızın  yeni yaşam tərzindən,onların   səmərəli fəaliyyətindən iftixarla  bəhs edəcəkdir.
Yenidən yurdumuza qayıdışımız əbədi və   mübarək olsun.

Rauf İlyasoğlu 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ