SON DƏQİQƏ

Şəhid Murad Rəhimlinin adını daşıyan xatirə bulaq kompıeksi açıldı

Tarix:25-07-2021, 14:41

Şəhid Murad Rəhimlinin adını daşıyan xatirə bulaq kompıeksi açıldıSumqayıt şəhər 16-cı mikrorayon ərazisində şəhid ucalığına dəyər verilərək Murad Rəhimlinin adını daşıyan bulaq kompleksi açıldı. 
Tədbir şəhidin məzarını ziyarətlə başladı. Əvvəlcə Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxundu, Allahdan onlara rəhmət, ailələrinə səbr dilənildi.  Sonra şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıldı,                                                                          Açılış mərasimində şəhidin ailə üzvüləri, yaxınları, şəhid ailələri, şəhər rəsmiləri, din xadimləri, idmançı-xeyriyyəçi Kamil Zeynallı, şəhidin döyüş yoldaşları, bir sıra idmançılar və media işçiləri, Qarabağ qaziləri,  şəhər sakinləri iştirak edirdi. Əvvəlcə ailə üzvülərinin iştirakı ilə bulağın açılışı oldu. Sonra şəhidin ailə üzvüləri, döyüş yoldaşları, din xadimləri və qonaqlar onun keçdiyi şərəfli döyüş yolundan danışdılar və şəhidimizin xatirəsi ehtiramla yad olundu.                              
“Ümüd Xeyriyyə Cəmiyyəti” və “XeberTıme.az” informasiya portalı adındından şəhidin anası Mələk Rəhimli “Şərəfli Ana” təltifi bağışlandı.                                   Sonra Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov şəhidlik məqamından danışdı və şəhidlərin ruhuna dualar oxudu  
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarını layiqincə yerinə yetirərək, xüsusi igidlik göstərdiyinə görə  əsgər Rəhimli Murad İlqar oğluna ölmündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”  medalları ilə təltif etmişdir.                                                                      Şəhidin adına ehsan süfrəsi verildi.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”



k

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ