SON DƏQİQƏ

Biz həmişə sizinləyik

Tarix:26-07-2021, 22:31

Birinci və ikinci Vətən müharibəsi döyüşlərində igidliklər göstərmiş xalqımızın vətənpərvər oğlu Seyid Elman Əsədullayevin  Binəqədi rayonunda yaşadığı həyət evində müqəddəs Qurban bayramı günlərində şəhid ailələrinin, qazilərimizin, media nümayəndələrinin, müğənnilərin, internat  məktəb şagirdlərinin iştirakı ilə " Biz həmişə sizinləyik " layihəsi çərçivəsində  tədbir keçirilmişdir. Seyid Elmanın qapısı hər zaman  hər kəsin üzünə açıqdır, daha doğrusu Elman qardaşımız həyət  qapısinın darvazasını çıxardaraq bir qismət çörəyini şəhid ailələri ilə,  qazilərimizlə bölən, onların xidmətində duran sadə bir Allah bəndəsidir.
Azərbaycqn bayrağı ilə bəzədilmiş həyətə daxil olarkən bizə zəfər qazandıran şəhidlərimizin fotoları divarda həkk olunaraq hər kəsin diqqətini cəlb edirdi.
Geniş və yaraşıqlı həyətdə  ehsan süfrəsi təşkil olunmuşdu.
Tədbiri rayonun axundu açaraq  şəhidlərimizin xatirəsinə dualar oxudu və qazilərimizə, xəstələrimiz  şəfa dilədi.
Sonra  tədbirin təşkilatçısı Seyid Elman qardaşımız şəhid atalarını, şəhid analarını, qazilərimizi,  internat evlərindən dəvət olunmuş uşaqları , bir sözlə  bütün tədbir iştirakçılarını salamladı və vətən uğrunda canını  qurban vermiş cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Seyid Elman sözünə davam edərək bildirdi ki, biz şəhidlərimizə ömrü boyu borcluyuq. Şəhidlərimizin  son sözü bu oldu ki, biz torpağımızı qoruyaraq şəhid olduq. Siz  də gərək şəhid ailələrinə, əzalarını itirmiş qazilərimizə dayaq durağın.
 Hər zaman onlara diqqət və qayğı göstərəyin.
Tədbirin aparıcısı Şair müəllim şəhid analarını, şəhid atalarını  dinləmək üçün  hər birinin stoluna onlara yaxınlaşdı. Şir biləkli cəsur oğulları dünyaya gətirən  şəhid analarının  möhtəşəm çıxışından hər kəs  qururlanir , göz yaşlarını saxlaya bilmədi.İlahi! Neçə  geniş qəlbli , mübariz,  analar, atalar var. Şəhid analarınin  titrək, kövrək səslərinə qulaq asarken bir daha yəqin etdim ki, belə  valideynləri olan vətənin igid, cəsur, mərd  oğulları heç zaman basılmaz. 
Məhz 44 günlük müharibədə döyüşçülərimizin  göstərdiyi misilsiz igidliklər dünya dövlətləri tərəfindən də  heyrətlə qarşılandı və alqışlandı.
Şəhidlərimizin, qazilərimizin sayəsində qəddimizi dikəldə bildik. 30 ilə yaxın bir dövrdə erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu.
Alpinistlərin çətin qalxdığı sıldırım  dağlardan  qayalardan  aşaraq  düşmənə vahimə yaradan, əliylə, dişiylə düşməni cəhənnəmə vasil edən oğulların qarşısında baş əyirik.
Şəhid anaları Əminə ananın, Raminə ananın məğrur çıxışları bizi çox duygulandirdi.
Şəhid Elsən  Müslümovun atası Habil Müslümov  şəhid ailələrinə döstərilən diqqət və qayğıya görə dövlətimizə və  mübariz xalqımıza  təşəkkür etdi . Ağcabədidən  gəlmiş şəhid atası Mübariz  ardasimiz bildirdi ki, biz şəhid ailələri sosial şəbəkələrdə qrup yaratmışıq, şəhid ailələri bir - birinizlə əlaqə saxlayırıq.
Bir birimizin şəhid balalarımızın ad günlərində , anım günlərində bir yerdə oluruq, dərdimizi bölüşürük və bir birimizdən təskinlik tapırıq.
Sosial şəbəkələrdən tanıdığımız və istər pondemiya dövrlərində , istərsə də 44 günlük Vətən müharibəsində kasıb insanlara yardımlar edən və əsgərlərimizi ruhlandıran Kamil Zeynallı şəhid analarının qarşısında baş əydi və  onları müqəddəs Qurban  bayramı günündə  bir yerə yigan seyid Elmana təşəkkürünü bildirdi.
General Polad Həşimovun qardaşı  İlham Həşimov çıxış edərək bütün şəhid analarını ,  şəhid atalarını salamladı , ordumuzun misilsiz qələbəsindən danışdı və şəhid ailələrini bir yerə yığaraq onların qəlbini ovunduran vətənin mərd oğullarına , 
xüsusilə bu məclisi öz həyətində təşkil edən seyid Elmana dərin təşəkkürünü bildirdi.
44 günlük müharibədə hərbi formada ən qaynar nöqtələrdə olan , məlahətli səsiylə ordumuzu qələbəyə ruhlandıran  müğənni Təranə Nurlu  vətənpərvər ruhlu mahnılar ifa etdi.
Cəbrayılda, Füzulidə, Şuşada qurbanlar kəsən Seyid Elman Qarabağdan- Şuşadan  gətirdiyi  torpaqdan və müqəddəs Zəm -zəm suyundan şəhid ailələrinə  təqdim edərək dedi;- Bu torpağı şəhidlərimizin qanı tökülmüş Şuşadan , Füzulidən, Cəbrayıldan, Qubadlıdan gətirmişik. Hər biriniz bu bir ovuc torpağı şəhidlərimizin məzarına səpin . Onların ruhları sevinsin ki, Şuşamız  erməni quldur taptagından  azad olunub. 
Sonra xatirə şəkili çəkildi  və  Füzulidən, Ağcabədidən, Qəbələdən, Ağdamdan, Salyandan, Neftçaladan və digər rayonlardan gəlmiş şəhid ailələri sağollaşıb doğma rayonlarına yola düşdülər.
Yenidən görüşmək ümidiylə bir qələm sahibi olaraq şəhidlərimizdən, qazilərimizdən  hər zaman yazmagı özümüzə  borc bilirik.

Rauf İlyasoglu, 
"Həkəri" qəzetinin baş redaktoru 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ