SON DƏQİQƏ

Mövludun mübarək, Şəhidim

Tarix:27-07-2021, 12:12

Azərbaycan qəhrəmanlıq tarixinin şanlı səifəsinə çevrilmiş 44 günlük Vətən müharibəsi  milli-mənəvi birliyimizin, Vətən oğullarının doğma el-obaya sədaqətinin, mərdliyinin və mətinliyinin təcəssümü idi. Bu müharibə dəmir yumruq altında birləşmiş azərbaycan xalqının torpaq sevgisinin, Vətən məhəbbəti əzəmətinin bir daha bütün dünyaya sübutu idi. 30 illik torpaq nisgilimizə son qoyaraq, ölümün gözünə dik baxıb , Şəhid olmağı özünə şərəf bilən, daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə daşıyan ərənlərimiz qanları ilə tarix yazaraq Azərbaycan adlı məmləkətə sevgilərinin böyüklüyünü isbat etdi. 
Vətənə olan sonsuz sevgisini ona  can fəda  etməklə təsdiqləyən şəhidlərimizdən biri də
Mirzəyev Nuran Akif oğludur. Nuran 27 iyul 1999 -cu ildə Quba rayonu Qımil kəndində anadan olub. Mənsubiyyətcə ləzgidir. Qımıl kənd tam orta məktəbini  bitirən Nuran Mirzəyev təhsilini Quba Peşə Liseyində davam etdirib.O , liseydə rabitə, elektrik mantyoru və sürücü ixtisaslarına yiyələnib.  Nuran Mirzəyev 2017 - 2019 cu illərdə hərbi xidmətdə Vətənə oğul borcunu layiqincə yerinə yetirib.  Nuran Mirzəyev Ordudan tərxis olunduqdan sonra  qaz istismar sahəsində çalışıb.
Vətən müharibəsi başlandıqda və ali baş komandan tərəfindən qismən səfərbərlik elan olunduqda Nuran könüllü olaraq müharibəyə qatılıb. Füzuli, Cəbrayıl,  Qubadli,  Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib və 19 oktyabrda Zəngilanın azad olunması uğrunda döyüşlərdə  qəhrəmancasına şəhadətə yüksəlib. Nurlan Mirzəyev 21 oktyabr 2020 - ci il tarixdə doğulub, boya başa çatdığı Qımıl kəndində dəfn olunub. Subay idi. Nurlan Mirzəyev göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İ.Əliyev cənablarının müxtəlif sərəncamları ilə 
Ölumunden sonra "Vətən uğrunda" Cəbrayıl və Qubadlının azad olunmasına və Hərbi xidmətlərdə fərqləndiyinə görə medalları ile təltif olunmusdur.


Mehriban Sadıqova 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ