SON DƏQİQƏ

"Optimal Elektronika" MMC şirkətə borcu olan şəhidlərin kredit borclarını ləğv etdi

Tarix:5-12-2020, 18:53

"Optimal Elektronika" MMC Qarabağın azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın şirkətə olan kredit borcunu ləğv etdi.
Bu barədə “XeberTıme.az”-a  Optimal Elektronika" MMC Sumqayıt filialının İnzibatçı, müavini Etibar Balayev bildirib:
“Ordumuzun  ruh yüksəkliyi, döyüş əzmkarlığı və uğurları bizi olduqca sevindirir. İgid hərbçilərimiz də ən qısa zamanda sağ-salamat öz doğmalarının yanına qayıtsınlar. Çox istərdik ki, millətimiz şəhid verməsin. Amma döyüş meydanında şəhidin olması qaçılmazdır. Bu savaşda həyatını itirən oğulların Vətənə borcu qalmayıbsa, demək ki, bizə də qala bilməz. Əksinə, bizim onlara vəfa borcumuz var. Bu borcu ödəmək üçün rəhbərimiz  Əhəd Əsgərov şəhidlərin şirkətə olan kredit borclarını ləğv etməyi öhdəliyinə götürdü”.
Allah Vətən yolunda canından keçən şəhidlərimizə rəhmət eləsin.
 

Qarabağ Azərbaycandır!

XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ