SON DƏQİQƏ

Pərviz Şıxıyev Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu.

Tarix:1-08-2021, 00:56

44 günlük Vətən müharibəmizin canıyla, qanıyla tarix yazan qəhrəmanları torpağımızda  ən çox haqqı olan insanlardır. Zəfərimizi Şəhidlərimizə , qazilərimizə , əlində silah tutaraq  döyüşən hərbçilərimizə borcluyuq. 
Onlar öncə Vətən deyib, düşmən üzərinə əzəmətlə yeridilər . 
Şanlı qələbəmizi yaşatmaq üçün canlarını torpağa sipər etmiş igidlərimiz Şəhid, yaralanaraq əlini, qolunu , gözünü - bədəninin müəyyən hissəsini itirənlər Qazi oldu. 
Şəhidlərimizin şahidləri olan qazilərimizdən biri , bu gün doğum günü olan 
Şıxıyev Pərviz Atlıxan oğludur. 
Pərviz  31.07.1981 ci ildə Cəbrayıl şəhərində anadan olmuşdur.
İlk təhsilini M.Mehdizadə adına  məktəbində alan qəhrəmanımız 1993-cü ilin iyulunda  torpaqlarımız düşmən tərəfindən işğal olunduqdan sonra ailəsi ilə birlikdə Beyləqan rayon Milabad qəsəbəsində məskunlaşmışdır.
Doğma yurdundan didərgin düşmüş Pərviz  təhsilinin qalan hissəsini, V.Cəfərov adına Milabad kənd orta məktəbində davam etdirsə də , içində doğma torpağını geri qaytarmaq arzusu ilə böyüyürdü. 
Hərbi xidmətini Naxçıvan şəhərində başa vurduqdan sonra  Pərviz BTK-nin avtomobil nəqliyyatının təşkili fakültəsini bitirir və İlk fəaliyyətini Abşeron rayonunda yerləşən "Embavod "mebel fabrikində başlayır. Pərviz baş operator kimi fəaliyyət göstərir. 
Vətən sevdalısı olan qəhrəmanımız rahat həyatından, işindən ayrılaraq, evdə heç kimə demədən hərbi kurslara yazılmış , hərbi təhsilini bitirdikdən sonra, N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlamışdır. İşindəki uğurları ona bir çox mükafatlar qazandırmışdır. Pərviz İlk dəfə "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilmişdir. Bundan sonra "Silahlı qüvvələrin 95 , 100 illiik medalları , müxtəlif sayda təltifnamələr, fəxri fərmanlarla da təltif olunmuşdur. 
Düşməni hələ Aprel döyüşlərində də sarsıdan igid döyüşçülərimizdən olan P. Şıxıyev Vətən müharibəsində də böyük şücaət göstərmişdir. Müharibə balşayandan ön sıralarda olan Pərviz bir an belə geri çəkilmədi. İgid kəşfiyyatçımız Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. 1 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə 2 dəfə ağır yaralandı. Uzun sürən müalicədən sonra tam sağalmamış təkrar döyüş yoldaşlarının arasına qayıtdı.
Qazimiz  Ali Baş Komandan  İlham Əliyev tərəfindən "Füzulinin azad olunması", "Qubadlının azad olunması", "Hərbi xidmətdə fərqlənməyə görə "medalları ilə təltif olunmuşdur. Qazimiz yaraları ağır olduğundan hal-hazırda da müalicəsini davam etdirir.  
Elvin və Mehin adında 2 övladı var.
Qazimizin tezliklə sağlamlığına qovuşması diləyi ilə 
Tədqiqatçı Mehriban Sadıqova.

“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ