Bakıdakı Şəhidlər Xiyabanında naməlum qəbirlər açılır.
XeberTıme.az bildirir ki, Modern.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə, artıq bir neçə məzar açılıb.
Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov sayta açıqlamasında faktı təsdiqləyib.
S.Həsənov bildirib ki, qəbirlərin açılması Səbail rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir:
“Buna səbəb naməlum qəbirlərin kimliklərinin müəyyən olunmasıdır”.