Məlum olduğu kimi, Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş vermiş yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında (İES) yanğına səbəb olub.
XeberTıme.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələri yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını bu gün səhər saatlarında söndürməyə müvəffəq olub. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb.