SON DƏQİQƏ

QAT gənc yazarın “Qarabağ Azərbaycandır!” adlı layihəsinin təqdimatını keçirdi- FOTOLAR

Tarix:7-08-2021, 00:53

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə gənc əlil yazar Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır!” adlı yaradıcılıq layihəsinin təqdimatı keçirilib.Təşkilatdan Musavat.com-a verilən verilən məlumata görə, tədbiri aparıcı Firəngiz Əkbərova açaraq qonaqları salamlayıb, tədbirin məqsədi və məramı ilə bağlı qısa məlumat verib.
Sonra QAT sədri Akif Nağı giriş sözü ilə çıxış edib. O bildirib ki, Vətən üçün, dövlət üçün, millət üçün çalışan gənclərə həm dövlət, həm cəmiyyət, həm də ictimai təşkilatlar tərəfindən dəstək verilməli, onlar bu cür işlərə həvəsləndirilməlidir:
“Etibar Həsənzadə bütün çətinliklərə, hərəkət məhdudiyyətinə baxmayaraq, cəmiyyət üçün xeyirli olmağa çalışır, əlindən gələni edir. Yazdığı şeirlərlə, povestlərlə, hekayələrlə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir. Etibar Həsənzadə özü-özünü formalaşdırır, yenidən yaradır, özünü cəmiyyət üçün yararlı bir vətəndaşa çevirir”.
A.Nağı daha sonra Etibar Həsənzadənin həyat və yaradıcılıq yolu ilə bağlı qısa məlumat verib:
 
“Etibar Həsənzadə 1992-ci ildə Daşkəsən şəhərində anadan olub. Orada orta məktəbi bitirib, sonra Slavyan Universitetinin Yaradıcılıq fakultəsində təhsil alıb. Hazırda Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Sənət, Kultur, Ədəbiyyat və Bilim Federasiyonun, Anadolu Sənətçi, Yazar və Ozanlar Birliyinin, Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin üzvü, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvüdür. O, gənc olmasına baxmayaraq, artıq bir neçə kitabın, o cümlədən “Könlümlə söhbət”, “Duyğular dinsin”, “Gecikmiş etiraf”, “Bir həyat romanı”, “Sevgi bəstəsi”, “Nurla gəldi, nurla yaşadı, nurla getdi”, “Mən Şəhid olacam, ana” , “Eşqin heykəli” adlı kitabların müəllifidir. 2019-cu ildən prezident təqaüdçüsü olan Etibar bugünədək “Qızıl Qələm”, “İlin Vətənpərvər şairi”, “Xəlil Rza Ulutürk”, “Azərbaycan Bayrağı”, “Şərəf” “Vicdanlı Qələm”, “Xarı Bülbül”, “Qızıl Kitab” və sair mükafatlarla təltif olunub”.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, İnkişaf və Rifah İctimai Birliyinin icraçı direktoru Arzu Əliyeva, Qarabağ Qazilərinə Qayğı İctimai Birliyinin sədr müavini Dönməz Həsənov, tanınmış ilahiyyatçı alim, ictimi xadim Hacı Hacağa Nuri, Qarabağ Qazisi, şair Abdal Qəhrəman, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, tanınmış aktyor Əjdər Zeynalov, Şəhid atası, Qarabağ Qazisi Hacı Əkbər Rüstəmov, Qarabağ Qazisi, şair Allahverdi Qiyaslı, Qarabağ Qazisi, alay komandiri Fəxrəddin Rəcəbov, Jurnalistlər Ekstremal Şəraitdə İctimi Birliyinin sədri Firuzə Əsədullayeva, Qarabağ Qazisi Rafiq Quliyev, gənc Qarabağ Qaziləri Əlibəy Əliyev və Zaur Abdullayev, QAT Ali Məclsin sədri Barat İmani, Qarabağ Qazisi Kərəm Səfərov, Qarabağ Qazisi İlham Quliyev, QAT Qadınlar Şurasının sədri Sevinc Axundova, Qarabağ döyüşçüsü Solmaz Alıyeva və digərləri çıxış edərək Etibar Həsənzadənin yardıcılığı, gənclərin tərbiyəsində rolu, onun özünün bir vətəndaş kimi fədakarlığı ilə bağlı fikirlərini bölüşüblər.
 
Tədbir boyunca tanınmış aktyorlar Əməkdar artist Cəlal Məmmədov, Əməkdar artist Sərvər Əliyev, aktyor Əjdər Zeynalov, Əməkdar artist Nofəl Vəliyev, gənc aktyor Fərid Vəliyev, Əməkdar artist Kəmalə Məmmədova, aktyor Nizami Ələkbərov, gənc aktyor Niyaməddin Səfərəliyev, bədii qiraət ustası Mədinə Məlik, gənc aktyor Bəhruz Hikmətoğlu və digərlərinin ifasında gənc yazar Etibar Həsənzadənin əsərlərindən parçalar oxunub.
Sonda QAT sədri Akif Nağı gənc yazar Etibar Həsənzadəni Qarabağ Azadlıq Təşkilatının “Azad Qarabağ Uğrunda Mücahid” fəxri adı ilə, aktyor Əjdər Zeynalovu və digərlərini diplomlarla təltif edib.
Gənc yazarın anası Nailə Həsənova tədbir iştitrakçılarına, təşkilatçılara, ifaçılara təşəkkürünü bildirib. Gənc yazar E. Həsənzadə yaradıcılığı ilə bağlı əlavə məlumatlar verib, cəmiyyət və dövlət tərəfindən ona göstərilən diqqət və qayğıya görə razılığını bildirib, həmişə var gücü ilə çalışacağını, Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələri, bundan sonra əldə edəcəyi nəticələri öz əsərlərində vəsf edəcəyini bildirib.
 
“XeberTıme.az”  



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ