SON DƏQİQƏ

Sərhəddə yenidən atışma oldu - SON DƏQİQƏ

Tarix:8-08-2021, 10:39

Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.
XeberTıme.az xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ