SON DƏQİQƏ

Gündəlik yoluxma 3500-ü ötdü, 13 nəfər öldü

Tarix:14-08-2021, 21:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3508 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb. 
XeberTıme.az xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 365 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 279 nəfər müalicə olunaraq sağalıb, 5138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ