SON DƏQİQƏ

Müdafiə Nazirliyi gizirin vəfatı ilə bağlı məlumat yaydı

Tarix:16-08-2021, 00:54

Müdafiə Nazirliyi bir ilə yaxın komada olan və daha sonra vəfat edən gizir Əhmədov Mirzə Balaqardaş oğlu ilə bağlı məlumat yayıb. 
XeberTıme.az  bildirir ki, nazirlik "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, gizir Əhmədov Mirzə Balaqardaş oğlu 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub:

"Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ