SON DƏQİQƏ

Şəhadəti ilə tarix yazan qəhrəman doğum gününə salam olsun- FOTOLAR

Tarix:17-08-2021, 11:45

Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı?!
Şəhid Vüsal Tahir oğlu Allahverdiyev yaşasaydı 33 yaşı tamam olurdu. 
Şərəfli tariximizi yazan qəhrəmanlardan biri Vüsal Allahverdiyevin doğum günü təddbiri  Sumqayıt şəhər Şəhidlər Xiyabanında  Sumqayıt şəhər 23 saylı tam orta məktəbin müəllimlərinin və şagirdlərinin vətənpərlik mövzusunda hazirladığı kompazisiyası ilə başladı. Məktəbin şagirdləri şəhidlər, şəhidlik zirvəsi, şəhid anaları, Azərbaycan haqqında mahnılar, şeirlər, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır” və digər səhnəciklər hazırlamışdılar. Sonra şəhidlərin məzarları ziyarət olundu. Vətən uğrunda canını qurban verən cəmi şəhidlərimizin ruhlarına dualar oxunaraq  Allahdan onlara rəhmət diləndi.  

Tədbir şəhidin məzarının üstündə davam eütdirildi. Şəhidin ailə üzvüləri, yaxınları, doğmaları, şəhid ailələri, şəhid anaları, döyüş yoldaşları şəhid haqqında xoş xatirələrindən və keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Azərbaycanlı aktyor, Respublikanın Əməkdar artisti Ağalar Bayramov şeir söylədi, meyxanaçı Namiq Məna, şəhid anaları,  Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov ən ali zirvə olan şəhidlik məqamından danışdı və şəhidlərin ruhuna dualar oxudu və şəhidlərin uca məqamından söhbət açaraq, Vətən yolunda canını fəda vermiş oğullara fəxr etdiklərini bildirdilər.                                                                              
Sumqayıt şəhər 23 saylı tam orta məktəbin vətənpərvər şagirdləri şəhidlər haqqında, vətəndən, şəhid analarından, bəhs edən şeirlərlə çıxış etdilər və məktəbin şagirdi şəhidə aid çəkdiyi şəkli ailəyə təqdim etdi.     
 Ənənəmizə sadiq qalaraq  “Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Hicran Alıyevaya “Şəhid Anası” fəxri diplomu ilə təltif edərək şəhidin şəxsi guşəsi üçün müqəddəs kitabımız olan Quran hədiyyə etdilər.                                        

Tədbir Sumqayıt şəhər Bəyaz sarayda şəhidin adını ehsan süfrəsi ilə davam etdirildi. Azərbaycanlı Respublikanın Əməkdar artisti, qiraətçi  Ağalar Bayramov şəhidlik zirvəsinə həsr olunan şeirlər söylədi, Vətənpərvər müğənni Şəbnəm Turan  Vüsal haqqında mahnı ifa etdi, Qubadlı rayon icra hakimiyyətinin rəsmləri və bir sıra natiqlər şəhidliyin uca məqamından söhbət açdılar, şəhdin ailəsinə baş sağlığı verdilər. Qubadli Mədəniyyət evinin aktyorları Vüsal Allahverdiyevə həsr olunmuş kompaziyası ilə maraqlı çıxışlar etdilər və Qubadli Mədəniyyət evinin aktyoru Samir Solayev şəhidə həsr olunmuş maraqlı seir söylədi. Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzinin şagirdləri Vüsal Allahverdiyevin şəkillərini çəkərək ailəsinə təqdim etdi. Tədbirdə şairə Leyla Təmkinin yazdığı şeirlərdə söylənildi. 

Sənsiz keçən 33  yaşın mübarək Vətən oğlu!
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
   

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ