SON DƏQİQƏ

Qəbələdə səkkiz şairin kitab təqdimatı oldu+ FOTOLAR

Tarix:19-08-2021, 09:54

14.08.2021-ci il tarixində Qəbələnin səsi,, -şairlər birliyinin üzvlərinin səkkiz şairin kitab təqdimatı oldu.                                   Təqdimat İsmayıl bəy Qutqaşınlının xatirə ev muzeyinin müdürəsi Çimnaz Müzəffrlinin təşəbbüsü ilə İsmayıl bəy Qutqaşınlının ev muzeyində keçirildi.Tədbirin aparıcılığı muzeyin müdürəsi Çimnaz xanıma həvalə edildi.Çimnaz xanım tədbiri açaraq bir dəqiqəlik sükutla şəhidlərimizi ruhunu yad edərək məclisə davam etdi. Səkkiz şairin kitab təqdimatı bir gündə keçirildi.
Kitabları nəşir olunan şairlər
Cəlil Xeyibəyin "Vətən sağ olsun", Mirhəsən Ağayevin- "Küləklər əsdi" Şəhla Xəlilqızının- "Vətən oğulları",
Əmirxan Burzuyevin- "Gözəllikdir xilas edən" Elçin Dönməzin- "Kəlbəcər qayıtdı axı" Elmira Abdurahmanqızı"- "İzim qalsın", Şəfəq Məcnunova" Gözlərimdə güzgüləndi gözlərin,, Təbriz Camalzadə- "Yerdəyişmə" adlı kitabları.
Tədbirdə "Qəbələnin səsi" şairlər birliyinin rəhbəri, Şəhla Xəlilqızının "Vətən oğulları" adlı kitabda adına şeir yazılan şəhid ailələri də iştirak etdi.
Tədbirdə bölgə yazarlarının rəhbəri Vüsal Oğuz çıxış edərək öz könül duyğularını bizlərlə bölüşdü.
Kitabın redaktorları Emin Baratoğlu, Xəyal Gəncimov da redaktorluq etdiyi kitablar barədə bizləri geniş məlumatlandırdı.,,Qəbələ ,,qazetin jurnalisti Bibixanım Fizulidə çıxış edərək şəhid və qazilər həçinin döyüşkən oğulların sücaəti haqda cıxış etdi.
Bakıdan dəvət olunaraq tədbirə gələn "Həkəri" qazetinin redaktoru Rauf İlyasoğlu da iştirak etdi. Rauf müəllim Qəbələ yazarlarının "Həkəri" qazetində nəşir olunması, şəhid ailələrinə yazdığı şeirlər və məqalələrin nəşir olunması haqqda geniş məlumat verdi.Və ,,Həkəri qazetinin növbəti saytlnın nəşir olunan qazetlərdən oxucularada hədiyyə etdi. Qəbələ şəhid ailələri və yazarlarla görüşdən məmun olduğunu söylədi. Sonra söz Genral mayor Firdosi Ələkbərova verildi. Firdosi müəllimin şəhid analarına öz ürək sözlərini söylədi. Vətən övladlarının döyüş yolu haqqında, onların igidlik və vətən sevgisi haqqında qürurla danışaraq onlara daim onların yanında olduğunu söylədi.
Sonra tədbirdə iştiak eden ,,Qafqaz -Media," İctimai Birliyinin sədri Şairə Hacı Azadə- Taleh Abbas qızına söz verildi. Azadə xanım yazarlarımızı təbrik edərək onlara xoş sözlərini çatdırdı və yazarların bir qismini QMİB-nin "Cəsarətli Qələm"medalı,bir qismini isə QMİB-nin Xarıbülbül diplomları ilə təltif etdi. Və şəhidlərə yazdığı şeiri oxudu.Azadə xanımın şəhid ailələri ilə ikinci görüşü idi. O, şəhid analarına öz ürək sözlərini kövrək duyğularla çatdırdı.
Sonra söz "Məhsəti" Şairlər Məclisi İB-ninsədri Cəvahir Qaraqızına verildi. Cəvahir xanım öz növbəsində yazarları təbrik edərək onları Fəxri Fərmanlarla təltif etdi,məclisdə iştirak edən şəhid analarına kövrək duyğularını çatdırdı və gözəl bir şeir oxudu.Sonra AMAC-Qəbələ,Oğuz ocağının rəhbəri Vaqif Aşurzadəyə verildi.Oda öz növbəsində Amacın adından hər kəsi salamlayaraq Amac haqqında məcli iştirakçılarını məlumatlandırdı.
Sonra söz Qəbələnin şair oğlu qiraətçi şair Vaqif Yaquboğluna verildi. Kövrək qəlbli insan özünün şəhid Xeyirbəy Səfərçinova yazdığı şeirlə könülləri yaxdı. Vaqif Yaquboğlunun vətən sevisi onun şagirdi gənc şair qiraətçi Nurlana da keçmişdi. O, da öz xoş duyğularını kövrək notlarla çatdırdı.Birinci qarabağ müharibəsinin qazisi Əvəz Xəlilova söz verildi qazi şəhid ailələrini salamlayaraq xoş duyğularını bölüşdü.
Sonra söz ictimai nəzarət kolisonunun Qəbələ təmsilçisi Təranə Alıməmmədliyə verildi. Təranə xanım mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirir.
Şirvan bölgə üzrə ictimai nəzarət kolisonunun rəhbəri Tövhə xanımda iştirak edərək öz duyğularını bölüşdü.
Sonra sözü Dızaxlı kənd məktəbinin müəllimləri Zahir Səfərçinov, və Fərhad Səfərçinov çıxış etdi. Birinci Qarabağ savaşında şəhid olan Arzulla Rəhimov, Nazim Aşıralıyev, ikinci vətən müharibəsinin şəhidləri Xeyirbəy Səfərçinov, Tural Cəlilova dərs keçmiş müəllimlərin çıxışı həm kövrəldici həm də, qürur verici idi.
Şairlərdən,
Elza Gülməmmədova, Qərib Hüseyinov, Mirzəbala Yadigarlı,
Fəxrəddin Babayev, Yusif Rza, Gülxar Vəfalı, Rəciyyə Lazalı,Məleykə Şirinova, Əfsər Oğuzlu, Asim Məmmədov,Elməddin Alıyev,
Zümrüd Vəliyeva, Elza Eldəniz, Sədaqət Oğuzlu,
və tədbirdə kitabları nəşr olunan yazarların doğmaları ilə yanaşı oxucular da iştirak etdi. Yüksək səviyyədə keçən təqdimatın sonunda səbəbkarlar çıxış edərək gələn qonaqlara təşəkkürünü bildirdi. Hər kəs öz nəfis tərtibatda nəşr olunan kitabları haqqda geniş məlumat verərək şəhid ailələrinə və qonaqlara hədiyyə etdi.
Məclisin sonunda "Qəbələnin səsi" şairlər birliyinin rəhbəri Şəhla XəLilqızı şəhidlərə yazılı şeirlər olan "Vətən oğulları" kitabını şəhid valideyinlərinə hədiyyə edərək xatirə şəkili çəkdi.
Yeni-yeni yaradıcılıq uğurları diləyirik əziz yazarlar. 
İsmayıl bəy Qutqaşınlının xatirə ev muzeyinin kolektivinə ,,Qəbələnin səsi,,şairlər birliyi və qonaqlar adından dərin təşəkkürümüzü bildiririk
Hər zaman yazarlara dəstək olun

Şəhla Xəlilqızı ,,Qəbələnin səsi,,şairlər Birliyinin sədri.



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ