SON DƏQİQƏ

Vətənindən, doğma balasından doymayan şəhidimiz

Tarix:19-08-2021, 10:34

Şirinov Tale Qadir oğlu 1990 - cı  ilin  noyabr  ayinin 20 - də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində zəhmətkeş bir ailədə dünyaya gəlib.Orta  məktəbi təzəcə  bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı.
  01. 06 2016- cı ildə hərbi qulluğunu Murov dağında  hərbi hissədə manqa komandir  və kiçik çavuş rutbəsiylə    başa vurmuşdur.
Bir müddət fəhləlik etmişdir.
Tale kiçik yaşlarından atasını itirmişdir.
Evin son beşiyi idi.
 2018- ci ildə ailə həyatı qurmuşdur. 
2019 - cu ilin iyul ayının  9 - da bir oğlu dünyaya gəlmiş və tez də rəhmətə getmişdir. Oğlunun ölümü onu çox kədərləndirsə də,  2020-ci lin iyulun 3 də ikinci oğlu  dünyaya gəlmişdir. Tale ciyərparasının adını Mərd  qoymuşdu.
Mərdanə baxışlı  Talenin sevincinin həddi- hüdudu yox idi.
Bu sevinc də  çox uzun çəkmədi.
21 .09. 2020-  ci ildə Tale yenidən  orduya çağırılır. Oglu Mərd iki aylıq idi.
Tale Şirinov 08. 10 . 2020 - ci ildə Tərtər rayonunun Madagiz deyilən ərazisində təcavüzkar  düşmənə qarşı döyüşlərin birində qəlpə yarası alır.
Düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olur , şəhilik zirvəsinə ucalır.
Ailəsi ilə axırıncı dəfə oktyabrın 5 -də  danışır; "Oğlumdan muğayat olun , tezliklə qayıdacağam" -  deyir.
Lakin evinə , ailəsinə şəhid xəbəri gəlir. Tale Şirinov şəhid olarkən oğlu Mərd  cəmi  üç aylıq idi.
Tale doğulduğu Çuxur Qəbələ kəndində dəfn olunur. 
Balasından, vətənindən doymayan şəhidimiz əbədiyyətə qovuşur. Ruhun şad olsun, Tale. Adın kimi talehin də nisgilli oldu. Amma sən vətən uğrunda qısa, lakin  şərəfli bir ömür sürdün.  Şəhidlər Rəbbimin dərgahına ucalmış Allahın ən sevimli bəndələridir.
PS. Bu günlərdə Qəbələ rayonunda olduq. Şəhid ailələri ilə görüşdük.
Dövlətimiz, xalqımız hər zaman şəhidlərimizin adını uca tutur. 
Azərbaycan Pespublikasinin Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tale Qadir oğlu Şirinov  ölümündən sonra ":Vətən uğrunda " medalı ilə təltif olunur.
Şəhidlər qürurumuzdur. Şəhid ailələrinə, şəhid övladlarına, şəhid atalarına, şəhid analarına  hər birimiz  diqqət və qayğı göstərməliyik.
Onlari fikir etməyə qoymamalıyıq, dərdlərini az da olsa azaltmağa  çalışmalıyıq.  Hər zaman şəhid ailələrinin problemlərinin həllinə çalışmalıyıq. Cunki, biz hər birimiz şəhidlərimizə borcluyuq 
Vaxt gələcək Mərd balamız  böyüyəcək , təhsil alacaq ,  ailə sahibi olacaq və övladlarına  atasının qəhrəmanlığından iftixarla söhbət açaraq deyəcəkdir; -"Mənim atam igid, cəsur və qəhrəmandır." 

Rauf İlyasoğlu.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ