SON DƏQİQƏ

Vətən müharibəsi qazisi Rəvan Əzizov sevinclə, alqışlarla qarşılandı + FOTOLAR\VİDEO

Tarix:24-08-2021, 16:52

Rəvan Əzizov Tarixi Qələbənin əsgəridir!23.08.2021-ci il tarixində Vətən müharibəsi qazisi Rəvan Əzizovu qarşılamaq üçün doğmalara, ailə üzvüləri, yüzlərlə  insan, H.Əliyev adına beynəlxalq hava limanına toplaşmışdılar.             
Bakı Hava limanınında  qazimiz alqışlarla qarşılandı. Sonra qazimiz böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə gəldi və ilk ziyarət etdiyi məkan Sumqayıt şəhər Şəhidlər Xiyabanı oldu. Şəhidlərin məzarları ziyarət olunaraq  ruhlarına dualar oxundu.                  
“Ümüd Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən qazimizə müqəddəs kitabımız olan Quran hədiyyə olundu.  
Rəvanın yaşadığı evin qarşısına onun ailəsi və yaxınları qarşıladı və gəlişi münasibəti ilə qurban kəsildi.                                                                                                                                                                                   

Tarixi qələbədə əvəzsiz zəhməti olan, fəxrimiz,  qazi Rəvan Əzizovun dedikləri:                                                            
- Hər an Vətənimə xidmət etməyə hazıram! 44 günlük Vətən müharibəsində qazi oldum. Torpaqlarımızın azad olunmasında gedən döyüşlərdə iştirak etmək uşaqlığımdan arzum idim və bu arzuda da hər zaman düşmən tapdağından azad olunmuş torpaqlarımızı gəzib, görmək idi. Şükür arzuma çatdım. Tezliklə sağalaraq o torpaqları qarış-qarış gəzəcəm. Düşmən Azərbaycanın gücünü gördü və anladı ki,  Müzəffər Ordumuz dünyanın ən güclü orduları sırasındadır. Başda Ali Baş Komandan olmaqla tarixi qələbə münasibəti ilə bütün xalqımı təbrik edirəm. Torpaqlarımızın azad olunmasında şəhidlərimizin, qazilərimizin əvəzsiz xidmətləri var. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə, bizlərə səbr və sağlamlıq versin Amin!                                     
Xatırladaq ki, Rəvan Qabil oğlu Əzizov 2002-ci iyunun 16-da Sumqayıt şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 2008-2019-cvı illərdə Sumqayıt şəhər Təfəkkür liseyində tam orta təhsilini almışdır. 2020-ci il iyul ayının 9-da Sumqayıt şəhər hərbi komisarlığından həqiqi xidmətə yola salınmışdır.                                                  
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan müharibənin ilk günündən döyüşlərə qatılaraq qəhrəmancasına vuruşmuşdur. Oktyabrın 6-da Murovdağ istiqamətində gedən döyüşlərdə mənfur düşmənlərimiz tərəfindən boyun nahiyyəsindən vurularaq, yaralanmışdır. Bir müddət Azərbaycanın müxtəlif hospitalları və xəstaxanalarında müalicə aldıqdan sonra Azərbaycan Respublikasını birinci Vitse prezidenti Mehriban xanım Əliyeva tərəfindən müalicələrini davam etdirilməsi üçün qardaş Türkiyə Respublikasına yola salınmışdır.                                        
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə və cəbhədə göstərdiyinə şücayətə görə Əzizov Rəvan Qabil oğlunu “Vətən uğrunda”, “Cəsur döyüşcü” medalları ilə təltif edib.                                                    
Rəvan Əzizov böyüməkdə olan nəsil üçün vətənpərvərlik nümunəsidir.

Sənin kimi oğullarla Azərbaycan xalqı fəxr edir!
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”     
                                                                                                                                 




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ