SON DƏQİQƏ

44 günlük müharibə tarixində 30 illik işğala son qoyuldu

Tarix:6-12-2020, 02:03

Azərbaycanın yenilməz, xalqımızın isə qürurlu və cəsarətli olduğunu bütün dünyaya göstərdi.
Dünya ölkələrinin tarixində bir çox müharibələr, işğallar, geri qayıdışlar və qələbələr baş vermişdir. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Belə ki, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı.
Bu baxımdan 44 günlük Vətən Müharibəsi regionda yeni reallıqlar ortaya qoydu, Azərbaycanın yenilməz, xalqımızın isə qürurlu və cəsarətli olduğunu bütün dünyaya göstərdi.
 Bu  müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Prezident-xalq-ordu birliyi sayəsində  qazandıq. Azərbaycanın tacı olan Qarabağ öz tarixi sahibinə qayıtdı. Bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Allah  cəmi şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərə şəfa versin AMİN!


Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan! 

Zöhrab Məsimov
10qat Azərbaycan, 3 qat Avropa çempionu
AQGF-nın baş məşqicisi

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ