SON DƏQİQƏ

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var

Tarix:26-08-2021, 01:39

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XeberTıme.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, 31 yaşlı Əhmədzadə Şamo Pərviz oğlu həmin yolda motoskletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ