SON DƏQİQƏ

Brilyant toyunuz mübarək + FOTOLAR\VİDEO

Tarix:29-08-2021, 00:03

Nümunəvi ailə  başçısını hamı " Bal baba" -  deyə çağırır 
Emin Baratoğlu imzası oxuculara yaxşı tanışdır.
AYB - nin və AJ B - nin üzvü, " Qızıl qələm" və bir çox media mükafatlarına layiq görülmüş Emin Baratoğlu  istedadlı şair- publisist, pedaqoqdur.
 20 -dən çox kitabların, almanaxların  müəllifidir.
" Həkəri" qəzetinin Qəbələ bölgəsi üzrə xüsusi muxbiridir.
Vətənpərvər yazıları qəzetimizin hər sayında çap olunur. Vətən uğrunda canını qurban vermiş  şəhidlərimiz, qazilərimiz haqqında  yüzlərlə məqalələrin, tədbir yazılarının müəllifidir.
Düz 44 il fasiləsiz olaraq Bum qəsəbə orta məktəbində müəllim vəzifəsində işləyib. Yeniyetmə və gənclərimizin vətənpərvər ruhda böyüməsində həm müəllim, həm də  şair olaraq  xidmətləri böyükdür və hər kəsə  bir numunədir.
El - oba  arasında  böyük hörmət və nüfuz sahibidir. 
Çox sadə, səmimi,  mehriban, xeyirxah, qonaqpərvər və təvazökar    ziyalılarımızdandır.
Mərhum şairimiz Tacəddin Şaxtaxtıdan dərs almış istedadlı qələm sahibi hər sözə qiymət verməyi bacaran şairlərimiz sırasında mətin addımlarla öndə gedir.
 Şeirləri də mükəmməldir. Yüzlərlə kitabların redaktoru, ön söz müəllifi və məsləhətçisidir.
Bum  qəsəbə orta məktəbinin qədim tarixi barədə sanballı kitabların müəllifidir.Vaxtilə məktəbdə işləmiş qocaman müəllimləri, məktəb direktorları  haqqında yazdığı bu tədqiqat əsərləri elm tariximizi öyrənən tədqiqatçı  alimlərimiz, yazıçılarımız üçün də  dəyərli mənbədir.
Emin Baratoğlunu uzun illərdir ki, tanıyıram.
Vaxtilə Bakıda   fəaliyyət göstərmiş " Min Bir Mahnı" nəşriyyatına gələr və kitablar çap etdirərdi.
Dostluğa qarşı sədaqətli, mərd,  dürüst və sözü bütöv  insandir, ağırtaxtalı , çörəkli köhnə  kişilərdəndir.
Yeri gəlmişkən onu da deyim ki, Emin Baratoğlunun  bir kitabının redaktoru və ön söz muəllifiyəm.
Əslində peşəkar qələm sahibinin kitabında  redaktəyə elə ciddi ehtiyac da yoxdur. Amma bir səmimi insan olaraq dostumuzun şeirlərindən xüsusi bir zövq alib  yaradıcılığına əhsən deyirəm.
Emin Baratoğlunun şeirlərini oxuyarkən sanki bir gözəl aləmə  baş vurursan. Fəlsəfi fikirlər, nəsihətamiz kəlamlar , yeni , təkrarsız deyimlər hər kəsdə bir ruh yüksəkliyi oyadır. Uşaq şeirləri isə onu körpələrin də sevimlisinə çevirmişdir.
Emin müəllim həm də zəhmətkeş bir insandır.Dulgərlik sənətinə yiyələnib, evlər inşa edib, insanları sevindirib 
Hazırda təqaüddə olsa da gah təsərrüfatla, arıçılıqla məşğul olur, gah bəhrəli bağında yaşıllığa qulluq edir, gah da Qəbələdə keçirilmiş dövlət tədbirlərində, kitab təqdimatlarında  fəal iştirak edir,  şəhid ailələri ilə tez- tez görüşərək duyğulu şeirlər söyləyir, gənc yazarlara məsləhətlər verir.
Bu günlərdə " Qəbələnin səsi"içtimai birliyinin sədri ,şair, gözəl qəlb sahibi Şəhla Xəlil qızının dəvəti ilə Qəbələdə   yerləşən Rəşid bəy Qurtqaşenlinin ev muzeyində  şəhid ailələri ilə görüşə dəvət olunmuşdum.
Köhnə dostum Emin Baratoğlu məni Qəbələnin mərkəzində  qarşılayaraq şəhərin görməli yerlərini gəzdikdən sonra   möhtəşəm tədbirdə iştirak etdik. Şəhid ailələri qarşısında çıxış etdik, 
Şəhid Bayram Məhəmməd oğlu  Məmmədovun əziz xatirəsinə həsr etdiyim
" Bayramsız Laçın, Laçınsiz Bayram" adlı kitabımı , eləcə də "Şöhrət" ordenli  kinorejissor şair, mərhum dostumuz Ramiz Əzizbəyliin " yenicə çap olunmuş " Cızma qaralar" kitabını  muzey rəhbərinə, Şəhla xanıma, şəhid atası Cəlil Xeyirbəyə və Emin Baratoğluna , eləcə də digər  dostlara hədiyyə etdim.
Şair dostlarımızın kitablarının təqdimat mərasimi yüksək səviyyədə keçirildi.
Onu da qeyd edim ki,
Qəbələ və Oğuz rayonlarında yaşayan  peşəkar səviyyəli şairlərin şeirləri qəzetimizdə mütəmadi  olaraq çap olunur.
Şəhid ailələrindən yazdığımiz " Həkəri"  qəzetlərindən  tədbir iştirakçılarına təqdim edərkən şəhid analarının gözlərində az da olsa sevinci görərkən çox duygulandım.
Qeyrətli vətən övladları ilə xatirə şəkili çəkdirdik.
Qafqaz media ictimai birliyinin sədri, həkim - şairə , Prezident təqaüdçüsü Azadə Taleh Abbasqızı da sağ olsun, Rəhbərlik etdiyi içtimai birliyin adından  şəhid ailələrinin qarşısında baş əydi və  bir qrup  şairləri təmənnasız olaraq  media mukafatları ilə təbrik etdi. (Tədbir haqqında Şəhla Xəlil qızının məqaləsini" Həkəri " qəzetinin növbəti sayında  oxuya bilərsiniz) 
Möhtəşəm və qürurverici tədbirdən sonra Emin Baratoğlu gildə bir gün qonaq oldum. Qonağın gəzdiyi yer çox olar, düşərgəsi isə bir olar.
Mehriban , səmimi, vətənpərvər, qeyrətli  bir ailənin qonağı olmaqdan qürur duydum.
Səliqə səhmanlı, gül- çiçək ətirli, bol -bəhrəli bağı gəzib tamaşa etdik, arılar isə  çiçəklərdən şirə çəkərək insanlara azuqə yığır və məhsuldar işləyərək hər gələn qonağı naümid qaytarmırdılar.  
Maşallah olsun.
Allah dostlarımı bəd nəzərdən qorusun. Atalar gözəl deyib::Yaxşı olar bal qatasan qaymağa. 
İstəkli oxucular! Sizə bu mehriban ailə haqqında söhbət açmaq istəyirəm.
Emin Baratoğlu 1970 -ci  ilin yanvar ayinin 4 -də Qəbələ rayonunun Mirzəbəyli kəndində yaşayan zəhmətkeş bir ailənin övladı Şərqiyyə İsmayıl qızıyla ailə qurub. 
Bu izdivacdan beş ovladi- üç oğlu, iki qızı dünyaya gəlib. Onlar halal zəhmətlə övladlarını böyüdüblər, el adətiylə qızlar gəlin köçüb, , oğlanlar da ailə qurublar. Bu  mehriban ailənin 13 nəvəsi və 6 nəticəsi var. Şərqiyyə xanım uzun illər kalxozda işləyib, tütunçuluklə, baramaçılıqla məşğul olub. Hazırda təqaüdçü olsalar da, bu zəhmətkeş ailə bir an da  boş -bekar dayanmırlar.
Gah ağacları sulayır,  gah mal- heyvanı rahatlayırlar, gah da toyuq cücələrə yem verirlər. 
Emin Baratoğlunu isə hamı " Bal baba " deyə çağırır.
Çünki, arıçılıqla məşğul olan Emin müəllimin evi həmişə qonaqli-;qaralı olur və hər gələn qonaq  təmiz necə balından mutləq  təam edir. Amma balı israf edənləri  yaxınlıqda uçuşan arılar nestəriylə çala da bilər ha. 2020 -ci ildə Emin Baratoğlu ilə Şərqiyya İsmayıl qızının ailə qurmasinın  50 illik yubileyləri qeyd olunmuşdur 
Buna el arasında "Brilyant toy" da deyirlər.
Biz də bu mehriban ailəni öz adımızdan və  " Həkəri" qəzetinin kollektivi adından  ürəkdən təbrik edir, onlara can sağlığı və sağlam, uzun ömür arzulayırıq.
Brilyant toyunuz mübarək olsun deyirik. 
Onu da qeyd edək ki,"Bal baba" nəvəsinin birinə öz adını qoymuşdur.
Balaca Emin 4 -cü sinifdə oxuyur.
Dərslərini yaxşı  və əla qiymətlərlə oxuyur. Babası kimi zirəng, qoçaq və mehribandır. Kompüterdən,internet resurslarından da maşallah istifadə etməyi gözəl bacarır.
Yenidən görüşmək ümidiylə nümunəvi bir ailədən yazmaqla Emin müəllimə  sağ ol deyir,  Qəbələdə yaşayan bütün dostlara , şəhid ailələrinə, qazılərimizə, xalqını, vətənini sevən hər kəsə xoşbəxtlik arzulayıram.

Rauf İlyasoğlu, 
' Həkəri" qəzetinin baş redaktoru, 
“XeberTıme.az” saytının şöbə müdiri




Şair- publisist Emin Baratoğlu ilə Rauf İlyasoğlunun müsahibəsini sizə təqdim edirik.







FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ