SON DƏQİQƏ

Göyçayda 16 yaşlı yeniyetmə 53 yaşlı kişini öldürdü

Tarix:10-09-2021, 16:51

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ