Bu gün “Dünya TV”-nin efirində canlı olaraq yayımlanan “Qanun və İcra” verlişinin 7-ci mövsümünün açılışı yayımlandı. Xatırladaq ki, “Qanun və İcra” verlişi hər şənbə günü saat 14:30-da Dünya TV”-nin efirində canlı olaraq təktrarı isə bazaar günü saat 14:30-da yayımlanır.
Bu dəfə "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170, 176 və 308, 313-cü maddələrini əhatə edən “Korrupsiya cinayətləri”, “Yetkinlik yaşına çatmayanlar barasində tətbiq olunan cəzalar” mövzuları baradə fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Əli Adıgözəlov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Cəlil Mahmudov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
3. Çimnaz Eyyubova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Qeys Musayev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”