SON DƏQİQƏ

Xalqımız vətənin igid oğulları ilə qürur duyur

Tarix:15-09-2021, 00:22

44 günlük Vətən müharibəsində  xalqımıza qələbə sevincini yaşadan oğullar haqqında söhbət açmaq istəyirəm. Elə oğullar ki,şəhidlərimizin qisasını aldılar, qoymadılar ki, şəhidlərimizin qanı  yerdə  qalsın,  düşmənlərdən xalqımızın  qisasını  aldılar.
Torpağımızı yağı taptagından azad etdilər.Belə igid ogullardan biri də Məmməd Allahverdi oğlu Allahverdiyevdir.
Məmməd babasının adını daşıyır. Babası Məmməd Ramazanov 1941- 45 -ci illərdə  müharibədə iştirak edib. Allahverdi kişi 10 övlad böyüdüb boya- başa çatdırıb, 3 qız,  7 oğul övladı.
Oğulların hər biri bir igid qeyrətli oğul.
Vətənin dar günündə  nağıllarda deyildiyi kimi 7 pəhləvan düşmən qarşısını mərdliklə aldılar.
7 qardaşın hər biri hərbi xidmətini uğurla başa vuraraq vətənə ləyaqətlə  xidmət ediblər.
Məmmədin bir  qardaşı  Heydər Allahverdiyev 1992-ci ildən  1996 - ci ilə  qədər birinci vətən müharibəsində düşmənə  qarşı mərdliklə  vuruşub , iki dəfə ağır yaralanıb. Məmmədin o biri qardaşı Səadət Allahverdiyev döyüşlərin birində başından ağır yaralanıb, kantiziya alıb. Hazırda hərbi  əlildir.
Məmmədin digər qardaşı oğlu Mərdan Yaşar oğlu Allahverdiyev 44 günlük müharibədə həm tank komandiri olub, həmin? də Şuşanın erməni 
quldurlarından azad olunmasında  düşmənlə əlbəyaxa döyüşlərə qatılıb xeyli gavurun leşini leş üstə tökür.
Fazilə ana onu da bildirdi ki, mən qardaşlarına, qardaşım oğulları ilə fəxr edirəm.Mərdan hələ orta məktəbdə oxuyurdu. Xocalı müsibətlərin hər dəfə televizorda göstərərkən ağlayır və televizorun söndürün deyərək o dəhşətlər dozmurdu.İntoqam hissi ilə yaşayan Mərdan Yaşar oğlu Xocaliların qisasını  tək canıyla alaraq xeyli düşmən qüvvəsini, hərbi texnikalarını məhv etmişdir. 
Mərdanın sücaəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş və  bir çox medallarla, komandiri tərəfindən təşəkkürnamələrlə  təltif olunmuşdur.
Astara rayonunun Kijəbə kəndində  belə bir zəhmətkeş  ailədə  anadan olmuş Məmməd Allahverdiyev orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 2003- cu ildə  xidmətini başa vurduqdan sonra hərbi məktəbə qəbul olunub. Arzusu hərbiçi olmaq  olub.
Arzusuna da çatıb. Gizir rutbəsi qazanıb. Erməni quldurlarının torpaqlarımızı işğal etməsi Məmmədi hələ uşaqlıqdan çox düşündürürdü. Astara rayonu 1992 - ci  illərdə də çoxlu şəhidlər vermişdir. Onda düşmənə nifrət hissi olduqca güclü idi. 
Məmməd Allahverdi oğlu  Allahverdiyev Aprel döyüşlərində şücaət göstərmişdir. 
Tank komandiri olaraq düşmənə sarsıdıcı zərbələr endirən vətənin qeyrətli oğlu 44 günlük Vətən müharibəsində də  xüsusilə fərqlənmişdir. Döyüş tapşırığını uğurla yerinə yetirən Məmməd Allahverdi oğlu valideynlərinə, ailəsinə, bacı və qardaşlarına, el obasına , bir sözlə bütöv Azərbaycana baş ucalığı gətirmiş və düşmən qüvvələrinin darmadağın edilməsində igidliklər göstərmişdir. Bu 44 günlük müharibədə Məmmədin böyük bacısı Fazilə xanım gecə- gündüz Allaha dua edərək ordumuza qələbə arzulamışdır.Fazilə ananın duaları qəbul olunmuşdur. Vətən torpağı yağı taptagından azad olunmuşdur. 
Hazırda N saylı hərbi hissədə baş gizir olaraq xidmətini uğurla davam etdirən Məmməd Allahverdiyev o günləri xatırlayarkən. gah kövrəlir, gah da sevinc içərisində gözləri yaşarır. Axı neçə- neçə döyüş dostları vətən yolunda şəhid oldular. O anları xatırlayarkən köks ötürən igid döyüşçü Məmməd qardaşımız ordumuzun gücündən, Ali baş Komandanımızın qələbə ruhlu çıxışlarından iftixar hissi ilə danışır.
Bu gün el ağsaqqalı Allahverdi kişi  övladları ilə öyünür. Əlbətdə ki, belə ogullarla  xalqımı fəxr edir. 
Sərhədlərimizin keşiyində ayıq -sayıq dayanan igid oğullar, o cümlədən  Məmməd  qardaşımıza can sağlığı arzulayır və deyirik : Sizin xidmətləriniz hər cür alqışlarla layiqdir.
Allah ordumuzu, xalqımızı və dövlətimizi qorusun.
Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ