SON DƏQİQƏ

Sumqayıt şəhər Bülbül adına 2 saylı uşaq incəsənət məktəbi Musiqi Gününü qeyd etdi- FOTO

Tarix:18-09-2021, 21:18

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.Bu gün Sumqayıt şəhər Bülbül adına 2 saylı uşaq incəsənət  məktəbində  Musiqi Gününə həsr olunmuş tədbir keçirildi. 
Tədbirdə Ü.Hacıbəyovun həyat və yaradıcılığından söhbət açıldı. Bədii hissədə müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblı bəstəkarın əsərlərini və məktəbin müəllimlərdən ibarət xor kollektivi Ü. Hacıbəyovun əsərlərindən ibarət kompaziya ifa etdilər. Məktəbin müəlliməsi İlhamə Yusif qızı və məktəbin məzunu Nərmin Mirzəyevanın ifası tədbirə daha da rəngarənglik qatdı.              


Məktəbin direktoru Samir İsmayılov Milli Musiqi günü münasibəti ilə bütün musiqi sevənləri təbrik etdi.                                                                
- Milli musiqi günü- Üzeyir bəyin əmanətidir! Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. Üzeyir Hacibəyov Milli musiqimizin varis nümunələrinin yaradıcısı, Azərbaycan və dünya musiqi mədəniyyətinə sonsuz töhfələr vermiş musiqi aləmində dərin iz qoymuş bir şəxsiyyətdir. 18 sentyabr tarixi Azərbaycanda Üzeyir Hacıbəyovun adı və onun doğum günü şərifinə  Milli Musiqi Günü kimi müəyyən edilib. 1995-ci ildən Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə bu gün Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.           
Milli Musiqi günü münasibəti ilə bütün musiqi sevənləri təbrik edirəm! 

Yeganə Telmanqızı 
 “XeberTıme.az” 




              

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ