SON DƏQİQƏ

“Hicaz” Ailəvi məkan və “Ümid” Xeyriyyə Cəmiyyəti şəhid övladlarını sevindirdi- FOTO

Tarix:21-09-2021, 21:56

Bu gün “Hicaz” Ailəvi məkanın rəhbəri Ruhin Mərdəliyev və “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova şəhid övladlarını sevindirdi.  
Yeni dərs ilinin başlanması münasibəti ilə və qarşıdan gələn Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin anım gününə “Hicaz” Ailəvi məkanında şəhidlərin adına  ehsan süfrəsi verildi. Xatırladaq ki, tədbirdə 8 şəhid ailəsi,19 şəhid övladı iştirak edirdi. Kapitan Samir İslamovun, mayor Asif Azayevin, çavuş Orxan Rəhimlinin, baş gizir Mehman Yusifovun, gizir Samir Nadirovun, əsgər Elvin İsmayılovun, kapitan Elman Babaxanovun, baş çavuş Vüsal Allahyarovun ailələri tədbirin qonağı idilər. 19 uşağı sevindirərək atalarının portretlərini əks etdirən suvinerlər və uşaqlara hədiyyələr təqdim edildi.                                                                                        
Tədbirin dəstəkçisi Ruhin Mərdəliyev bizimlə fikirlərini bölüşdü:                                                                                          
- Yeganə xanım şəhidlərin haqqı bir ömür bizim boynumuzdadı. Bu gün hər kəs əlindən gələni etməlidir ki, şəhid övladlarını sevindirsin. Bu uşaqların sevinci bütün dünyaya dəyər. Məndə nə qədər ömrüm var, çalışdığım qədər şəhid övladlarını sevindirəcəm ki, şəhid ruhları şad olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!                                                    

“Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova-  Şəhid övladları bizə şəhid qardaşlarımızın əmanətidir!                                                                                    

- Biz “Ümid” Xeyriyyə Cəmiyyəti olaraq daima şəhid övladlarını, şəhid ailələrini diqqətdə saxlayırıq. Belə tədbirlərin keçirilməsi vacibdir və tez-tez olmalıdır ki, şəhid övladları sevinsin, qəhrəman atalarını təbliğ etsin, onları ictimayyətə tanıtsın. Şəhid övladları bizə şəhid qardaşlarımızın əmanətidir!                                                                         
“XeberTıme.az”  informasiya portalı olaraq “Hicaz” ailəvi məkanın rəhbəri Ruhin Mərdəliyevə və bütün işçi personalına, “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikovaya, suviner və hədiyyələrə görə “Color Plus” reklama Həmid müəllimə, iş adamı Seyid Mirazad müəllimə və sayıtımızın foto-müxbiri Rahid Eynullayevə   öz dərin təşəkkürümüzü bildiririk. 

“Hicaz” ailəvi məkanı Sumqayıt şəhər 2 mikraroyonda yerləşir. Əlaqə tel: 055 320 50 50    
“Color Plus” reklam: Bakı şəhər “Amay” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir.     
Əlaqə tel: 012 598 92 59; 055  532 80 23

Yeganə Telmanqızı 
“XeberTıme.az”


                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ