SON DƏQİQƏ

Birliyimiz bizi qəlbəyə apardı

Tarix:7-12-2020, 00:55

Cəsarət Əhmədov- Birliyimiz bizi qəlbəyə apardı və bu birlik Ali Baş Komandan, Xalq və Ordu birliyidir.                                                                                                                                                                     
44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbə torpaqlarımızın işğaldan azad olunması ilə bərabər milli ruhumuza qovuşmağımızdır. 
Allah bütün Şəhidlərimizə rəhmət etsin, yaralı həmvətənlərimizə şəfa versin. Onların hər birinin valideynləri və doğmaları qarşısında baş əyirik. Şəhidlər ölməz, Vətən bölünməz!
Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi puç oldu. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni öz ərazilərimizdən çıxardı. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla, cənab Ali Baş Komandanının yürütdüyü siyasət, işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.                                                             
Allah Prezidentimizə, Xalqımıza, müzəffər Ordumuza bundan sonra da yar olsun, Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun!


Qarabağ Azərbaycandır!

Cəsarət Əhmədov                                                                                                   
Avropa Armrestlinq Federasiyasının vitse prezidenti,                                         
Azərbaycan Qol Güləşi Federasiyasının prezident


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ