SON DƏQİQƏ

Sabahdan məktəblər açılır

Tarix:21-09-2021, 22:23

Uzun müddətdən sonra sabah ölkəmizdə əyani tədris başlayacaq.
XeberTıme.az  bildirir ki, yeni tədris ilində 158 min 608 şagird birinci sinfə gedəcək. İlk gün isə ölkə üzrə bütün məktəblərdə dərslər zəfər tariximizə həsr olunacaq.
İlk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq.
Yeni tədris ilində məktəblərdə bir çox yeniliklər gözlənilir. Bunlardan ən əsası isə tədrisdə Azərbaycan dili fənninə üstünlük daha çox veriləcək.
Təhsil naziri Emin Əmrullayev deyib ki, bunun bir necə səbəbi var.
Emin Əmrullayevin imzaladığı əmrə əsasən, bütün məktəblərdə sanitar-epidemioloji vəziyyət nəzarətdə saxlanılacaq, işçilər qoruyucu maskalardan istifadə edəcək. Bununla bərabər, təhsil müəssisələrində aidiyyəti dövlət qurumları tərəfindən vaxtaşırı dezinfeksiya işləri aparılacaq.
Koronavirusla bağlı övladını məktəbə göndərmək istəməyən və ya göndərə bilməyən valideynlər bu barədə iltizam imzalayacaqlar və övladının məktəbə gəlmədən təhsilini təmin etmək üçün bütün məsuliyyəti öz üzərinə götürəcəklər.
Qeyd edək ki, ümumilikdə ümumtəhsil məktəblərinin IX sinfində 132 min  881, XI sinfində isə 91 min  538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. Ölkə ərazisində sabahdan etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.
Sabah məktəbə gedən şagirdlərin valideynlərin məktəb daxilinə buraxılmayacaq. Buna səbəb isə məktəb daxilində insan sıxlığının və hər hansı bir qarışıqlılığın olmamasıdır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ