SON DƏQİQƏ

“Xalça sənəti – mənaların təkamülü” sərgisi

Tarix:23-09-2021, 22:32

23 sentyabr tarixində Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılış mərasimi olacaq.
Layihə bu ilin yayında Kazan Kremli Muzey-Qoruğunda (Tatarıstan) nümayiş etdirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki bu, Tatarıstan Respublikasının paytaxtında Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olub.
Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirəcək. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.
2010-cu ildə YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və CHINGIZ yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir.
Müasir rəssam  xalqının ənənələrinin və mədəniyyət normalarının daşıyıcısı olaraq, eskizləri və onların əsasında toxunmuş xalçalarda öz ornament dilini və xalçanın yeni dramaturgiyasını yaratmış olur. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni, müəllif xalçaları ilə qarşı-qarşıya   qoyulur,  bununla da məsafələri və zamanı qət edərək  onlarla dialoqa girir.  
Sərgini müşayiət edən sənədli filmdə CHINGIZ tamaşaçılarla yaradıcılıq prosesinin sirləri ilə bölüşəcək, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edəcək.
Sərgi ziyarətçilər üçün 24 sentyabr – 17 oktyabr tarixlərində açıqdır.
Sərgi zalı, Azərbaycan Milli Xalça Muzeyi
+994124972016 |  [email protected]
*
 
Xüsusi müxbir: Aygün Oqtay 
“XeberTıme.az”

 
 
Азербайджанский национальный музей ковра
Выставка «Искусство ковра – эволюция смыслов»
 
23 сентября в Азербайджанском национальном музее ковра состоится церемония открытия выставки «Искусство ковра – эволюция смыслов». Этот проект впервые демонстрировался летом нынешнего года в музее-заповеднике «Казанский Кремль» (Татарстан), став первой выставкой азербайджанского искусства в этой республике Российской Федерации, а сейчас пришел и к отечественному зрителю.
На выставке будут показаны как традиционные, так и современные ковры Азербайджана. Традиционные представляют собой замечательные классические произведения коврового искусства, сотканные на рубеже XIX–XX столетий. Каждый из них являет собой характерный по особенностям орнамента, колорита и технических приемов образец той или иной региональной традиции. Все они – из коллекции Азербайджанского национального музея ковра, который обладает самым полным в мире собранием азербайджанских ковров.
 
Современное ковроткачество на выставке представлено творчеством Чингиза Бабаева, работающего под творческим псевдонимом CHINGIZ. Искусство азербайджанского ковроткачества, внесенное в 2010 году в Репрезентативный список нематериального наследия человечества ЮНЕСКО, процветает и ныне, непрерывно обогащаясь новыми подходами, но не теряя при этом древних традиций. Современные художники создают произведения на новом витке спирали развития древнего ремесла. Именно это обстоятельство объединяет представленные на настоящей выставке традиционные азербайджанские ковры и авторские произведения Чингиза Бабаева.
Современный художник, будучи носителем традиций и культурных норм своего народа, в эскизах и коврах, вытканных по этим эскизам, разрабатывает собственный язык орнаментов, новую драматургию ковра. Не искажая традиции азербайджанского ковроткачества, он интерпретирует их, создавая остросовременное искусство. Так новые авторские ковры оппонируют классическим произведениям, вступая с ними в диалог, преодолевая тем самым расстояние и время.
В документальном фильме, сопровождающем выставку, CHINGIZ делится со зрителями тайнами творческого процесса, рассказывает о философии традиционного ковра и его современном прочтении.
Выставка открыта для широкой публики с 24 сентября по 17 октября.
 
Выставочный зал, Азербайджанский национальный музей ковра
+994124972016 |  [email protected]
 
 
Azerbaijan National Carpet Museum
Exhibition Carpet Art: Evolution of Meanings
 
On Tuesday, September 23, the Azerbaijan National Carpet Museum hosts the opening of the exhibition Carpet Art: Evolution of Meanings. The project was on display in the Kazan Kremlin Museum-Reserve (Tatarstan) this summer, becoming the first exhibition of Azerbaijani art in the Republic of Tatarstan, Russian Federation. 
The exhibition shows both traditional and contemporary carpets of Azerbaijan. 
The Azerbaijan National Carpet Museum, the first museum in the world of its kind, preserving the most complete collection of Azerbaijani carpets worldwide, will demonstrate the amazing traditional masterpieces of carpet weaving art of the 19th and 20th centuries woven in different regions of the country. Every single one of these carpets embodies a particular regional tradition based on their ornamental features, colors, and techniques. 
Contemporary carpet weaving will be represented by author works of Chingiz Babayev, popularly known as CHINGIZ. The Azerbaijani carpet weaving art, included within the UNESCO Representative List of Intangible Cultural Heritage of Humanity in 2010, is flourishing and is continuously enriched by new trends without losing its ancient traditions. 
The contemporary artist, the bearer of traditions and cultural norms of his nation, shows the viewer sketches and carpets designed in his own language of ornaments and new carpet dramaturgy. He interprets them and creates contemporary art avoiding the distortion of Azerbaijani carpet weaving art traditions. This is the way the traditional masterpieces oppose the author’s new carpets, start a dialogue, overcoming distance and time. 
Another part of the exhibition presents a documentary film, where CHINGIZ shares the secrets of the creative process and speaks about the philosophy of the traditional carpet and its contemporary perception. 
 
Exhibition runs until October 17. 
 
The Exhibition Hall, Azerbaijan National Carpet Museum 
+994124972016 |  [email protected]
 
*
Xüsusi müxbir: Aygün Oqtay 
 “XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ