SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi- FOTO\VİDEO

Tarix:25-09-2021, 23:41

“Qanun və İcra” verlişi hər şənbə günü saat 15:00-da Dünya TV”-nin efirində canlı olaraq, təkrarı isə hər bazar günü 15:00-da yayımlanır.Bu dəfə "Qanun və İcra" verlişində Mediasiya haqqında qanunun təhlili ilə bağlı 1 və 17-ci maddələrin maddi hüquq normaları, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14 və 24-ci maddələrini əhatə edən “Qanun üzrə vərəsələrin məcburi payı və alınması” mövzusu baradə fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:  

                                   

1. Bulud Yusifov- Mediator, hüquqşünas.


 2. Vəfa Abdullayeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.  


                                                                                                     

3. Əjdər Cavadov-  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.    


     
4. Humay Qurbanova- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,vəkil 


                                                                         
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.



Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.



Yeganə Telmanqızı 
 
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ