SON DƏQİQƏ

Press – reliz/ FOTOLAR

Tarix:26-09-2021, 00:03

Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti-mənaların təkamülü” adlı sərginin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sərginin kuratoru Şirin Məlikova layihə haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, bu, layihənin ikinci təqdimatıdır: “Sərginin ilk açılışı bu ilin iyulunda Rusiya Federasiyası Tatarıstan Respublikasında baş tutmuş və Kazan Kremli Muzey-Qoruğunda nümayiş etdirilən zəngin ekspozisiya  tamaşaçıların böyük rəğbətini qazanmışdı. Bu, Tatarıstan Respublikasının paytaxtında Azərbaycan xalçaçılığına, onun zəngin ənənələri və müasir rəssamların yaradıcılığında yeni təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı sərgi olub. 
Şirin Məlikova bildirib ki, Azərbaycan Milli Xalça Muzeyi bu sərgi ilə paytaxt sakinləri və şəhərimizin qonaqları üçün  də XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid ecazkar klassik xalça nümunələrini  seyr etmək imkanı yaradır. Ekspozisiyada nümayiş olunan eksponatların hər biri ornament, rəng həlli və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən yüksək sənət nümunələridir. Tamaçaçılar həmçinin tanınmış rəssam və heykəltəraş Çingiz Babayevin əsərləri vasitəsi ilə qədim xalça sənətinin müasir interpretasiyasını, keçmiş və çağdaş zaman arasındakı “dialoqu” izləyə biləcəklər. 
Daha sonra muzeyin eksperti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın ən qiymətli maddi və mənəvi irsi olan xalça sənətinin daşıdığı yüksək bədii məzmun haqqında çıxış edib.    
“Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli isə layihənin vacib əhəmiyyətə malik olduğunu vurğulayıb. Çingiz Babayevin xalçalarında əksini tapan və sirli mənalarla kodlaşdırılan ornamentlərin rəssamın dərin təxəyyülündən qaynaqlandığını ifadə edib.   
Çingiz Babayev isə öz çıxışında Azərbaycan xalça sənətinin müasir yaradıcı insanlar üçün əvəzsiz mənbə olduğunu vurğulayıb və yaradıcılığı haqqında söylənən dəyərli fikirlərə görə təşəkkürünü bildirib. 
Sonda qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi ziyarətçilər üçün 17 oktyabr tarixinədək açıq olacaq. 

Xüsusi müxbir: Aygün Oqtay 
“XeberTıme.az”

 
*
23 сентября 2021 года в Азербайджанском национальном музее ковра состоялась церемония открытия выставки «Искусство ковра – эволюция смыслов». Открывая мероприятие, директор Азербайджанского национального музея ковра и куратор выставки Ширин Меликова подробно рассказала гостям о проекте. Было отмечено, что это вторая презентация проекта. Первое открытие выставки состоялось в июле этого года в Республике Татарстан Российской Федерации, а богатая экспозиция, представленная в музее-заповеднике «Казанский Кремль», вызвала большой интерес у публики. Было отмечено, что это была первая масштабная выставка в столице Республики Татарстан, посвященная азербайджанскому ковроткачеству, его богатым традициям и новому воплощению в творчестве современных художников. 
Ширин Меликова отметила, что Азербайджанский национальный музей ковра этой выставкой дает возможность жителям и гостям нашей столицы увидеть прекрасные образцы классических ковров конца XIX – начала XX веков. Каждый из выставленных экспонатов представляет собой произведение высокого искусства, отражающее различные региональные традиции с точки зрения орнамента, цветовой гаммы и технических особенностей. Зрители также смогут увидеть современную интерпретацию древнего коврового искусства, «диалог» прошлого и настоящего через произведения известного художника и скульптора Чингиза Бабаева.
Затем эксперт музея, профессор Азербайджанской Государственной Академии Художеств, заслуженный художник Мамедгусейн Гусейнов рассказал о высоком художественном содержании коврового искусства, которое является ценнейшим материальным и духовным достоянием нашего народа.
Генеральный директор Творческого союза «Бакинский центр искусств» Рафаэль Гюльмамедли подчеркнул важность проекта. Он сказал, что орнаменты, отраженные на коврах Чингиза Бабаева и несущие в себе закодированный смысл, исходят из глубокой фантазии художника.
В своем выступлении Чингиз Бабаев подчеркнул, что искусство азербайджанского ковроткачества является бесценным источником вдохновения для современных творческих людей, и поблагодарил за ценные мнения к его творчеству.
В завершение гости ознакомились с выставкой.
Отметим, что выставка будет открыта для посетителей с 24 сентября по 17 октября.

*

On September 23, the Azerbaijan National Carpet Museum hosted the opening ceremony of the exhibition Carpet Art: Evolution of Meanings. Opening the event with a welcome speech, the exhibition curator Dr Shirin Melikova, Director of the Azerbaijan National Carpet Museum gave detailed information about the project. She mentioned that the first opening of this exhibition took place this year in July in Kazan Kremlin Museum-Reserve (Tatarstan). The rich exposition won the sympathy of the audience. Notably, this event was the first large-scale exhibition in the capital of the Republic of Tatarstan dedicated to Azerbaijani carpet weaving, its rich traditions. 
The Azerbaijan National Carpet Museum's exhibition provides an opportunity for visitors to discover the wonderful examples of traditional carpets of the late 19th and early 20th centuries. Every single one of these carpets is a work of high art that reflects different regional traditions distinguished by their ornamental features, colors, and techniques. The audience will be able to watch the contemporary interpretation of ancient carpet art, the dialogue between past and present through the works of famous artist and sculptor CHINGIZ.

Following, Prof Mammadhuseyn Huseynov emphasized the high artistic content of carpet art, which is the most valuable tangible and spiritual heritage of our people. Rafael Gulmammadli, General Director of the Creative Association "Baku Art Center", mentioned the importance of the project. He noted that the ornaments reflected on CHINGIZ's carpets and encoded with mysterious meanings came from the artist's deep imagination. In his speech, Chingiz Babayev reiterated that Azerbaijani carpet weaving art is an invaluable source for creative people and thanked the participants for their valuable comments on his work.
At the end, the guests got acquainted with the exhibition.
 
Exhibition runs until October 17. 

Xüsusi müxbir: Aygün Oqtay 
“XeberTıme.az”



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ