SON DƏQİQƏ

Qalib Azərbaycan Yeni tədris ilin mübarək!-FOTO

Tarix:30-09-2021, 08:40

Zəfər soraqlı, qələbə sevincli, Polad əzəmətli, Xudayar təsnifli tədris ilimiz mübarək!Bu gün Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində yeni tədris ilinin başlanılması münasibəti ilə tədbir-sərgi keçirildi.
Məktəbin foyesində rəsm şöbəsinin şagirdləri Vətənpərvərlik mövzunu həsr olunmuş  rəsm əsərlərini sərgilədi. Sərgi qonaqların marağına səbəb oldu. 
Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə açıq elan edildi. Sonra bir dəq sükutla Azəbaycanın işğal edilmiş torpaqlarının azad olunmasında canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi.                                                          
Məktəbin şagirdləri şəhidlər, haqqında şeir söylədilər, mahnılar oxudular. Məktəbin uşaqlardan ibarət xor kollektivi vətənpərvər mahnılar oxudular. Vətən müharibəsi, şəhidlərin tanınma rəsmləri və Zəfər tariximizi əks etdirən müəyyən sujetlər  “Hörmətlə Anırıq!” adlı video çarxda nümayiş olundu.                                                                              
Məktəbin direktoru Samir İsmayılov çıxış edərək bildirdi ki, Ali Baş Komandanın dəmir yumruğu və rəhbərliyi altında tarixi qələbə zəfərinin əldə edilməsində xalq-iqtidar birliyi ilə yanaşı fədakar ordumuzun rolu da olduqca böyükdür.           
Natiq Vətən uğurunda şəhid olmuş şəhidlərimizin və qazilərimizin keçdiyi uğurlu döyüş yolundan bəhs edən tədbir və layihələrin davamlı olaraq məktəblərində keçirilməsi ilə yanaşı daima şagirdlər arasında vətənpərvərlik ruhunda təbliğatın aparılmasının vacibliyindən söz açdı. Böyüməkdə olan nəslin bizim Zəfər tariximizi dərindən bilməli və şəhidlərimizi tanımalıdırlar. Onlar Qalib Azərbaycanın vətəndaşlarıdır!               
Yeni tədris iliniz mübarək, hər kəsə bol-bol uğur və nailiyyətlər arzulayıram.

Yeganə Telmanqızı 
  “XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ