Ey Qəhrəman Arazım
Laçın döyüşlərində
Şəhid olan Arazım!
Ey mərdanə Arazım,
Ey qəhrəman Arazım!
Qartal kimi döyüşdün,
Aslan kimi vuruşdun.
Qəhrəman olmaq üçün
Elə bil doğulmuşdun!
Anar, Lalə dünyada
Qaldı səndən yadigar,
Şəhidlik zirvəsindən
Daha ucasımı var?
Adınla fəxr eyləyir
Can yoldaşın Mahirə.
Yazdın qızıl adını
Əbədi zirvələrə!
Şəhidlər ölmür, oğul,
Daim dirisən, sağsan!
Neçə ki, bu Vətən var
Sən də yaşayacaqsan!
Hacı Azadə-Taleh Abbasqızı