SON DƏQİQƏ

QAZİLƏRLƏ GÖRÜŞ...

Tarix:1-10-2021, 23:54

Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev böyük zəfərə imza atan Vətən müharibəsi qaziləri - Zamanov Vuqar Allahverdi oğlu, Həsənov Seymur Telman oğlu, Bənnayev Murad Novruz oğlu, Qurbanov Elxan Arif oğlu ilə görüş keçirmişdir. Görüşdə ordumuzun 44 günlük müharibədə tarixi qələbənin əldə edilməsindən danışılmışdır. Qeyd olunmuşdur ki, yeniyetmə və gənc nəsil arasında hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində sağlamlıqlarını itirmiş qəhrəman qazilərimizin həyat və döyüş yolları gənclərmiz üçün bir nümunədi.                      Görüşdə gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində xüsusi xidmətləri olan qazilər Ağstafa rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşdur.                                  

Vətən oğulları ilə fəxr edirik!

Yeganə Telmanqızı 
  “XeberTıme.az”


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ