"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir. 02.10.2021-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Mediasiya haqqında qanunun təhlili ilə bağlı 1 və 17-ci maddələrin maddi hüquq normaları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-237-ci maddələrini əhatə edən “Narkotik maddələrin və Mediasiya haqqında normaların təhlili” mövzuları baradə fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Vəfa Abdullayeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
2. Əli Adıgözəlov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,vəkil
3. Cəlil Mahmudov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
4. Bulud Yusifov- Mediator, hüquqşünas.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”