SON DƏQİQƏ

Əziz müəllimlər Bayramınız mübarək!

Tarix:5-10-2021, 08:15

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Müstəqil Azərbaycanda müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.  Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.                                                                                                             Heç kimə sirr deyil ki, bəşəriyyətin ən böyük müəllimi İslam Peyğəmbəri Həzrət Muhəmməddir (s). Alimin də, professorun da, həkimin də və s. əlindən tutub ilk kəlməni yazdıran şəxs - müəllimlərdir. Müəllim ikinci valideyn rolunu oynayır. Müəllimlərin insan həyatında rolu əvəzssizdir. Bizim dünyagörüşümüzü açan şəxs müəllimdir. Biz insanları düzgün yola çəkən, dövlətə yararlı şəxs edən müəllimlərdir. Onların bizim həyatımızda olan rolunu heç vaxt unutmaq olmaz. Əminik ki, sizlər də bizim kimi onlara minnətdarsız.                                                                                                   
 
Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. 

Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.”                                                         
Təsadüfi deyil ki, 21-ci əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin ““Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır.                     
Hər il  Prezident İlham Əliyevin qərarı ilə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun, onun nüfuzunun yüksəldilməsinə xidmət edir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir.    göstərilir.                                                                                   
Ucqar kəndlərə işləməyə göndərilən müəllimlərə xüsusi imtiyazların verilməsi də müəllim əməyinə verilən qiymətdən xəbər verir.                         
Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən insandır, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir...
Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyi olan uşaqları müəllimə etibar edir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir.
                                               

Bütün Azərbaycan müəllimləri, şərəfli, şərəfli olduğu qədərdə çətin peşə sahibləri Bayramınız mübarək!
Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  
                

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ