SON DƏQİQƏ

5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti konsert keçirildi- FOTOLAR

Tarix:5-10-2021, 13:42

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinində 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti konsert keçirildi. 
Tədbirdə şagirdlər və müəllimlər bir-birindən maraqlı hazırladıqları fortepiano, tar, fleyta, vokal, skripka, solo, duet nömrələri ilə, çıxışlar etdilər. Saz sinifinin şagirdlərindən və müəllimlərdən ibarət deyişmə nömrəsi fərqli ifalardan idi.  Məktəbin “Ümüd” rəqs qrupunun ifası, nağaraçalanlar ansanblı və məktəbin müəllimlərdən ibarət ibarət xor kollektivinin çıxışları tədbirə daha da rəngarəngarlik qatdı. Məktəbin məzunu Orxan Həsənxanov tar  ifası ilə bütün müəllimlərini təbrik etdi. Tədbirə dəvət olunmuş qonaqlar  müəllimlər üçün hazırlanan bayram proqramını maraqla dinlədilər.                                                                     
Sonda məktəbin tədris işləri üzrə müdiri Ağayev Natiq müəllim Beynəlxalq Müəllimlər Günü münasibəti ilə pedaqoji kollektivi bayram münasibəti ilə təbrik etdi. Gələcək işlərində onlara bol-bol uğurlar, sağlam həyat arzuladı.  
Xatırladaq ki, tədbirin aparıcısı məktəbin  nəzəriyyə müəlliməsi Lalə İsmayılova, xormeyster Azərbaycan  Respublikanın əməkdar müəllimi Firəngiz Xəlilova idi.  
Bizdə “XeberTıme.az”  informasiya portalı olmaqla Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin direktoru samir İsmayılov başda olmaqla bütün müəllim kollektivini “Beynəlxalq Müəllimlər günü ” münasibəti ilə təbrik edirik.
Bayramınız Mübarək Əziz müəllimlər!   

Yeganə Telmanqızı 
  “XeberTıme.az”
  
                

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ