SON DƏQİQƏ

Respublika Gününün adı bu səbəbdən dəyişdirilir

Tarix:6-10-2021, 13:35

Xəbər verdiyimiz ki, “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, bundan sonra mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi ölkədə qeyd ediləcək.

XeberTıme.az  xəbər verir ki, təqdim edilən layihədə bayram günlərinin adlarının dəyişdirilməsinin səbəbi izah edilib.

Bildirilir ki, 1918- ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini  imzalamaqla Azərbaycanın müstəqiliyyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti  hökuməti yaradılıb, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş və diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində  mühüm addımlar atılıb.

1991- ci lin oktyabrın 18-də “Azərbaycanın  Respublikasının dövlət müstəqilliyi   haqqında”  Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918- cil 28 May tarixli  İstiqlal Bəyannaməsinin  və “Azərbaycanın  Respublikasının dövlət müstəqilliyini bərpa etmək  haqqında” Ali Sovetin  1991-ci il 30 avqust  tarixli Bəyannaməsinə  istinad olunub.  Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olunub. Beləliklə, “Azərbaycan  Respublikasının dövlət müstəqilliyi   haqqında”  Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il  oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.  

2021-ci ilin oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin  xüsusən müstəqliyyinin əldə edilməsi və bərpası  kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha  dəqiq  ifadə olunması böyük önəm kəsb edir.  

Azərbaycan xalqı ötən əsrin əvvəllərində respublika qurmuş, 1991- ci ildə isə  Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin  varisi kimi öz müstəqilliyini  bərpa edib. Beləliklə,  1918- ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 May Azərbaycanda Müstəqillik Günü,  1991-ci ildə “Azərbaycan Respublikasının  dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının  qəbul olunduğu  18 oktyabr isə müstəqilliyin bərpası  günü hesab olunmalıdır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ