SON DƏQİQƏ

Beyləqanda 4 avtomobil yandı

Tarix:22-11-2020, 11:23

Beyləqan rayonunun Birinci  Şahsevən kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altında təmirə dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai”, “Kia” və "Mercedes" markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.
XeberTıme.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobillərin qalan hissəsi, bitişik sex və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ