SON DƏQİQƏ

İslam Peyğəmbəri və İmam Həsənin şəhadət münasibətilə ehsan süfrəsi verildi

Tarix:6-10-2021, 14:58

“Ümid” Xeyriyyə Cəmiyyəti ata-anasını itirmiş və aztəminatlı ailələrin övladlarına 30 uşağa ehsan süfrəsi verdi. 
Xatırladaq ki, hər zaman şəhid, qazi, aztəminatlı ailələrin və elecədə ata-anasını itirmiş uşaqların yanında olaraq onlara maddi və mənəvi dəstək olan “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova bu dəfə də xeyriyyə bir əmələ imza ataraq Peyğəmbər (s) vəfat, İmam Həsənin (ə) şəhadət günü münasibəti ilə ehsan süfrəsi verdi.                             

“Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova  “XeberTıme.az”  informasiya portalına müsahibəsində bildirdi:                                                                             
 - Uşaqlar sevinərsə aləm-cahan sevinər! Peyğəmbərin bəşəriyyət üçün əmanət qoyub getdiyi İslam dininin hansı müsibətlərə düçar olmasının ən böyük şahidlərindən biri də İmam Həsən(ə) olub. Hicri-qəməri təqvimi ilə bu gün səfər ayının 28-i Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı və ikinci imam Həzrət Həsən ibni Əlinin (ə) şəhid edilən gündür. Bu günü özümə borc bildim ki, aztəminatlı, ata-anası himayəsində azad olan övladları sevindirəm. Nə xoş mənə uşaqlar doyunca yedilər, içdilər və əyləndilər. Uşaqların ürəklər nə isdədisə süfrəyə gətirildi. Belə tədbirlərdə uşaqlar bir-biri ilə tanış olurlar, bir-birinə dərdinə şərik olaraq dostluq münasibətlərini qururlar. Allaha xatir sevinirəm ki, bu uğurlu işə imza atdım. Bu gün mənə dəstək olan iş adamı Seyid Mirazad müəllimə və onun xanımına, xeyriyyəci Çinarə xanıma, Qəmzə xanıma, Aynur xanıma, Rahid Eynullayevə, “Hicaz” ailəvi məkanınin rəhbəri Ruhin Mərdəliyevə və bütün işçi heyyətinə “Ümid” Xeyriyyə Cəmiyyətinin bütün komandası adından təşəkkürümü bildirirəm.
                                                    
Allah ehsanımızı ali dərəcədə qəbul etsin AMİN! 
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”




                                                                                                                                                           

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ