SON DƏQİQƏ

Almaniya səfiri Ağdam məscidində - FOTO

Tarix:15-10-2021, 21:57

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və Almaniya-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann Ağdama gedib.
XeberTıme.az  bildirir ki, bu barədə məlumatı Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında paylaşım edib:
“Bu gün Almanya səfiri və Tobias Baumannla Ağdamda dağıdılmış tarixi-mədəni abidələri ziyarət etdik. Qonaqları yenidənqurma işləri ilə bağlı məlumatlandırdıq”.
Sözügedən səfərlə bağlı səfir də öz hesabında fotolar paylaşıb.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ