SON DƏQİQƏ

Yevlaxda “Çiçəklənən Xarıbülbül” adlı flaşmob keçirilib

Tarix:16-10-2021, 23:12

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində Yevlax Rayon Təşkilatı tərəfindən “Çiçəklənən Xarıbülbül” adlı flaşmob təşkil edilib.

XeberTıme.az xəbər verir ki, tədbirdə çıxış edən YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb.Qeyd edib ki, yeni əsrin yeni lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu Qələbə ölkəmizin yeni tarixinə Zəfər günü kimi qızıl hərflərlə yazıldı.
Şəhid atası Fərman Kazımov, Vətən müharibəsi qazisi Telman Mehdiyev, Milli Məclisin deputatı İlham Məmmədov çıxışlarında 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
Malbinəsi kənd Uşaq Musiqi Məktəbinin şagirdi Nuran Həsənzadənin ifasında səslənən “Bayatı-Şiraz” muğamı ilə müşaiət olunan “Çiçəklənən Xarıbülbül” flaşmobu zamanı gənclər Qələbənin simvolu olan Xarıbülbülün rəsmini yaradıblar.




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ