Bəli vətən onu sevənlərlə var olur, yaşayır!
Ínsan mənəviyyatına bəzək vuran yüksək insani keyfiyyətlər hər bir insan da ola bilər. Lakin elə insanlar var ki, onlar yüksək dəyərlərin ən ali zirvəsini vətən eşqində, vətən sevdasında görürlər. Vətən uğrunda gözünü qırpmadan hər bir şeyə hazır olurlar.Belə insanların xəmiri vətənə sonsuz sevgidən, əzmkarlıqdan,zəhmətkeşlikdən, qürurdan yoğrulub. Elə Nəcəfovlar ailəsində olduğu kimi. Naxcivan Muxtar Respublikasının Culfa rayonunda yaşayan Nəcəfovlar ailəsi ziyalı bir ailədir. Uzun illərdir ki, müəllimlik edən Məhəmməd müəllim və Xuraman müəllimə yüzlərlə vətən övladına dərs verib, xalqına, vətəninə layiqli vətəndaş olmağı öyrədiblər. Elə öz övladlarına öyrətdikləri kimi. Bu ailədə vətən üçün, xalq üçün canını fəda etməyə hazır olan üç övlad böyüyüb. O, övladlar ki, evin sonbeşiyi Şuşada şəhidlik zirvəsinə ucalan Yaqub Nəcəfov.
Ağdam uğrunda gedən döyüşlərdə dəfələrlə yaralanan, lakin buna baxmayaraq, yenə döyüş meydanına qayıdaraq düşmənə ağır zərbələr endirərək , sol gözündən yaralanan qazimiz, baş leytenant İbrahim Nəcəfov.
Və hal hazırda nümunəvi hərbi xidməti ilə seçilən, dəfələrlə cənab prezidentimiz tərəfindən mükafatlandırılan baş leytenant İsmayıl Nəcəfov.
Mənim fikrimcə bu üç qəhrəman haqqında nə desəm, nə yazsam belə sözlərin cümlələrin gücü yetməz. Çünki onların fəth etdiyi zirvələr onlar haqqında çox söz deyir. Çünki Vətən sevgisinin ən ali nümunəsi , yalnız Vətən üçün canını, gözünü fəda edenlerin nümunəsidir.
Artq İbrahim Nəcəfov 62 gündür ki canından, qanından, gözündən pay verib Vətən üçün. İbrahim deyir ki, " yüz canım olsa bu torpağa fədadır. Şuşa üçün , Laçın üçün, Zəngilan üçün, Qubadlı üçün, bir ovuc Qarabağ torpağı üçün gözümdən keçmək azdır. O, yerlərin havasını aldıqca, ciyərlərimizə çəkdikcə insan nəyin bahasına olursa-olsun yalnız irəliyə getməyi düşünür. "
İbrahimin fikirlərini dinlədikcə o, döyüş meydanında olmadığına təssüf edir insan. İbrahim dəyir ki, Vətən müharibəsində iştirak etdiyim üçün özümü xoşbəxt sayıram, qürurlanıram. Bu qürurun digər bir səbəbi isə şəhid qardaşı olmağımdir. Mən vətənim üçün gözümdən keçdim , qardaşım isə canından.
Artq 29 gündür ki Nəcəfovlar ailəsinin sonbeşiyi Yaqub Nəcəfov Şuşada qəhrəmancasına şəhid olub. Yaqubun o böyük ürəyinin ən ali arzusuda Şuşaya getmek idi. O, arzusuna çatdı. Yaqub Nəcəfov Azərbaycan Ali Hərbi Məktəbinin ıv kursunda oxuyurdu. Yoldaşlarının ehtibarlı dostu, müəllimlərinin sevimlisi idi. Ailədə zəhmətkeşliyi, alicənablığı, mərdliyi, mehribanlığı ilə fərqlənirdi Yaqub Nəcəfov.
Yaqubun böyük qardaşı baş leytenant İsmayıl Nəcəfov deyir ki, Apardığımız haqq savaşında məndə o, zirvəyə ucalmaq istərdim lakin mənə yox qardaşıma nəsib oldu bu qəhrəmanliq.
Bəli Nəcəfovlar ailəsi bu gün hər bir azərbaycanlıya örnək, nümunədir. Bu ailədə yalnız bir məqsəd, bir amal olub. Vətəninə sadiq övlad, layiqli vətəndaş olmaq.
Bəli vətən onu sevənlərlə var olur, yaşayır!
Hələdə yaşadığımız hədsiz qələbə sevincinin, qürur hissinin böyüklüyünü düşünəndə bizə yuxu kimi gəlir. Çünki illərdir həsrətində olduğumuz,evinin açarlarını illərlə başı üstündə saxlayan anaların arzusu gerçək oldu.Bu arzunu gerçəkləşdirən isə Yaqublar, Íbrahimlər, Ísmayıllar oldu. Biz fəxr edirik ki, azərbaycanlıyıq . Bizim yenilməz ordumuz, qətiyyətli liderimiz var.
Ulduz Əliyeva
Naxçıvan televiziyasının əməkdaşı