SON DƏQİQƏ

Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun xatirəsinə abidə, bulaq komleksi açıldı-FOTO

Tarix:24-10-2021, 02:30

23.10.2021-ci il tarixində Sumqayıt şəhərində Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun anım və ad günündə əziz xatirəsinə ehtiram olaraq abidə, bulaq kompleksi açıldı. 

Mərasimidə Sumqayıt şəhər İcra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvüləri, Azərbayacan Respublikası Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin zabit və əsgərləri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, Qarabağ qaziləri, şəhər ictimayyətinin nümayəndələri, media nümayəndələri və dini xadimlər iştirak edib.                                                         

Mərasimdə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlər bir dəqiqəlik sükütla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndirildi. Mərasimi giriş sözü ilə açan Sumqayıt şəhər “Cümə” məscidinin axundu Hacı Rauf Sərdarov şəhid ailələrinə baş sağlığı verərək, şərəfli şəhidlik zirvəsindən söhbət açdı. Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.                

Müdafiə Nazirliyinin əməkdaşı Elvin Dadaşov çıxış edərək bildirdi ki, Şəhidlik- Vətənpərvərliyin ən ali məqamıdır! Bu ucalığa yüksələnlərin  ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu.                                 

İcra hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşlarıı, ailə üzvüləri çıxış etdilər: “Ölkəmizin ərazi bütövlüyünü bərpa edən Azərbaycan Ordusu Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı. 44 günlük Vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlardan biri də şəhid Cəbrayılov Sübhan  Rahim oğludur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.                                                                                 

Sonra şəhidin övladları tərəfindən şəhidin əziz xatirəsinə tikilmiş bulaq-kompleksinin açılış mərasimi oldu. Bulağa gül dəstələri düzüldü. Tədbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında davam etdirildi. Şəhidin əziz xatirəsi ehtiramla yad edildi, ruhuna dualar oxunaraq Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr dilədiər.                        

Qeyd edək ki, Sübhan Rahim oğlu Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində dünyaya göz açmışdır. İlk təhsilini 1989-2001-ci illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində alır. 2001-ci ildə həqiqi hərbi xidmətə yola düşür. İlk hərbi xidmətini Bakı şəhəri N saylı hərbi hissədə başlayır. 2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrində gizir kursunu oxuyur və 2002-ci ilin aprel ayında N saylı hərbi hissədə gizir rütbəsində iş fəaliyyətinə başlayır. 2008-ci ildə baş gizir rütbəsi alır.
Baş gizir Cəbrayılov əks hucum başlayan ilk günündən Dağlıq Qarabağa ezam olunur. Suqovuşanın, Füzulinin, Hadrutun, Cəbrayılın, Zəngilanın, Qubadlının azad olunmasında “Cəbi” ləqəbli Sübhan Cəbrayılovun müstəsna xidmətləri var. 30 illik səddi dağıdan döyüşçülərdən oldu Sübhan və neçə-neçə yaralı əsgərin həyatını xilas etdi.
2020-ci il 19 oktyabr... Qubadlı rayonu uğrunda gedən şiddətli və ağır döyüşlərdə qəhrəmanlıq göstərdi. Düşmən gülləsinə tuş gələrək snayperlə boğaz nahiyyəsindən yaralanaraq ən uca zirvə şəhidlik zirvəsinə ucaldı. 2 gün neytral zonada qaldıqdan sonra dövlətimiz tərəfindən Sübhanın nəşi geri alındı. Böyük hörmət və ehtiramla doğulduğu gün 23 oktyabr Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırıldı və nəşi sevdiyi Vətən torpağına qarışdı. Sübhan Cəbrayılov şəhid olduğu günədək Ali Baş Komandanın müvafiq fərmanları ilə bir çox təltiflərə layiq görülüb:
2008-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi” yubley medalı.
2012- ci ildə “Qüsursuz Xidmətlərə görə” 3-cü dərəcəli medalı.
2013-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi” yubley medalı.
2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2020) yubley medalı.
2018- ci ildə “Qüsursuz Xidmətlərə görə” 3-cü dərəcəli medalı.                          

2020-ci ildə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları.   
Sübhan Cəbrayılov 2006-cı ildə sevib seçdiyi Sevda xanımla ailə qurur. 13 yaşında Rahim, 11 yaşında Fidan adlı övladları yadigar qaldı.                                                   

Yeni yaşın və şəhadət günün mübarək Vətənimin dəyərli oğlu! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!


Yeganə Telmanqızı
  “XeberTıme.az
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ