SON DƏQİQƏ

Sonunu düşünən Qəhrəman olmaz!

Tarix:25-10-2021, 10:35

Xatirə Fərmanova- Böyüməkdə olan nəsil Qəhrəmanlarını tanımalıdır. Sumqayıt şəhər 5 saylı tam orta məktəbinin şəhid Kərim Əhmədəliyevin adını daşıyan  3A sinifinin rəhbəri Xatirə Fərmanova və sinif şagirdləri “Sonunu düşünən Qəhrəman olmaz!” lahiyyəsi ilə iki qazinin Ariz Hüseynovun, Məhəmməd Cəfərzadənin ailəsini ziyarət etdilər. Vətən müharibəsinin hər iki qazisi “Vətən Fədaisi” fəxri fərmanı ilə təltif olundular.                            
Ailənin qonağı olarkən  Vətən müharibəsi qazisi Ariz Hüseynov və Vətən müharibəsi qazisi Məhəmməd Cəfərzadə keçdikləri şərəfli döyüş yolundan söhbət açaraq, Vətən yolunda, işğal olunmuş torpaqlar yolunda, xalq yolunda öz sağlamlığından keçməsi ilə qürur duyduqlarını bildirdilər və onların ziyarətinə gələn qonaqlara  təşəkkür etdilər. 3A sinifinin  şagirdləri Vətənə, şəhidlərə, bayrağa həsr olunmuş şeirlər söylədilər.                                                                                   
Sumqayıt şəhər 5 saylı tam orta məktəbin şəhid Kərim Əhmədəliyevin adını daşıyan  3A sinifinin rəhbəri Xatirə Fərmanova bizimlə bölüşdü:                                                                   
- Xalq qəhrəmanlarını tanımalıdır!                                                
Rəhbəri olduğum 3 A sinifi Vətən müharibəsində şücaətliklə vuruşaraq şəhidlik zirvəsinə ucalan, məktəbimizin məzun şəhid Kərim Əhmədəliyevin adını daşıyır. Şəhid Kərim Əhmədəliyev şagird olarkən dediyi “Sonunu düşünən Qəhrəman olmaz!” cümləsini başlıq seçərək bu kompanyaya start verdik. Artıq iki qazinin evini ziyarət etdik. Kompanyamızın əsas məqsədi azyaşlı şagirdlərimizə sağlamlığını bizlər üçün itirən qazilərimizi tanıtmaq və daima bu oğulların və ailələrin yanında olmaqdır. Bizim böyüməkdə olan nəsil canlı olaraq bu qazilərlə ünsiyyətdə olaraq onların keçdiyi şərəfli yolu məhz qazilərdən eşitməlidilər. Bu bir məktəbdir, bir vətənpərvərlik tərbiyyəsidir və eləcədə Vətənə sevgidir. Yeganə xanım sizdə daima şəhid və qazi ailələrinin yanındasız. Vətənpərvər jurnalist olaraq onları cəmiyyətə tanıdırsız. Bu kompanya başladığı gündən yanımızdasız. Öz adımızdan sizə və yanımızda olan hər kəsə təşəkkürümü bildirirəm.     

Xatırladaq ki, Cəfərzadə Məhəmməd Qurban oğlu 19.01.1998-cu ildə Bakı şəhərində anadan olub. Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. 2020-ci il  27 sentyabr  Azərbaycanda Vətən müharibəsi başlanır. C.Məhəmməd Abşeron hərbi komisarlığa könüllü olaraq ərizə ilə müraciət edir. İlk döyüş yolu Füzulidən başlanır. Cəbrayıl, Hadrut,Xocavənd istiqamətində gedən ağır döyüşlərdə vuruşur, Xüsusi döyüş əməliyyatlarında iştirak edir. 14.10.2020-ci il tarixində Hadruta istiqamətində gedən döyüşlərdə düşmənin 120 lik minamyot  atışları  nəticəsində xəsarət alır. Bas beyin qapalı travma, sinir xəstəsidir. Görme pozuntuları var.  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hərbi hissə tərəfindən döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Cəfərzadə Məhəmməd Qurban oğlunu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “ Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif etmişdir.   
Hüseynov Ariz Mirzəbala oğlu 1987-ci il oktyabrın 8-də Sumqayıt şəhərində dünyaya gəlmişdir. 27 sentyabr Azərbaycanın bir hissəsi olan Qarabağ bölgəsində döyüşlər başlayır. Ariz Hüseynov könüllü olaraq döyüşlərdə vuruşmaq üçün Sumqayıt şəhər hərbi komisarlığa ərizə ilə müraciət edir. 30 sentyabr Vətən müharibəsində vuruşmağa yollanır. Ağdərə, Suqovuşan uğrunda gedən ağır döyüşlərdə şücaətliklə vuruşur. Oktyabrın 6-da Tərtər rayonunda döyüşlərin birində ağır yaralanır. 2012-ci ildən Mətanət adlı bir xanımla ailəyik, 3 övladı var. : Kənan, Kamran, Dadaş. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Hüseynov Ariz Mirzəbala oğlunu “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif etmişdir. 
Sinifin valdeynləri tərəfindən ayrılmış vəsait hesabına və xeyriyyəçi xanımlar tərəfindən hər iki ailəyə ərzaq, müxtəlif hədiyyələr təqdim olundu. 
Azərbaycan xalqı sizin kimi oğullarla fəxr edir!

Yeganə Telmanqızı 
 
“XeberTıme.az” 


                                                       
                     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ