SON DƏQİQƏ

Hindistan Səfirliyi tədbir keçirib- FOTOLAR

Tarix:27-10-2021, 11:35

Hindistanın Müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsi çərçivəsində Hindistan Səfirliyi 2021-ci ilin Onlayn Qlobal Poster və Rəsm Müsabiqəsinin iştirakçılarını təbrik etmək üçün tədbir keçirib. 
Qlobal müsabiqə Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən “Mənim Təsəvvürümdə Hindistan” mövzusunda təşkil olunub.
 
Məktəb şagirdlərinin, Azərbaycan Rəssamlar Assosiasiyasının üzvlərinin və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə müsabiqə üçün onlayn şəkildə təqdim olunmuş azərbaycanlı rəssam və tələbələrin 70 rəsm əsəri və posterlərinin əksəriyyəti nümayiş etdirilib.
 
Tədbirdə çıxış edən səfir Vanlalvavna Bavitlunq Hindistanın Müstəqilliyinin 75 illiyinin qeyd olunması ilə bağlı “Azadi Ka Amrit Mahotsav” adı altında təşkil olunan tədbirləri xüsusi vurğulayıb və belə tədbirlərin iki ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdıracağını bildirib. Mərasimdə görkəmli sənətkar Günay Zebiç də çıxış edib. Azərbaycanlı musiqiçi İlxas Məmmədov isə raqa musiqisini ifa edib.
 
Müsabiqə barədə ətraflı məlumat üçün https://www.iccr.gov.in/Iccr4Art/index.php saytını ziyarət edin. Qeydiyyat üçün son tarix 31 oktyabr 2021-ci ildir.
 
XeberTime.az 
Xüsusi müxbir Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ