SON DƏQİQƏ

Hava şəraiti yenidən dəyişəcək, yağış, qar yağacaq

Tarix:28-10-2021, 22:43

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.
XeberTıme.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ