SON DƏQİQƏ

44 günlük Zəfər tarixinə həsr olunmuş tədbir keçirildi-FOTO

Tarix:4-11-2021, 03:01

03.11.2021-ci il tarixində Sumqayıt şəhər 5 saylı tam orta məktəbdə “Ümid” Xeyriyyə Cəmiyyətinin və şəhid Kərim Əhmədəliyev adına 3 A sinifinin dəstəyi ilə 44 günlük Zəfər tarixinə həsr olunmuş tədbir keçirildi.        Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi və  torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi,  Tədbirə bir sıra şəhid ailələri dəvət olunmuşdur: Mustafayev Rüfətin anası Afət Həsənova, şəhid Şamilov Fəridin nənəsi Tamara Şamilova, şəhid Nuruzadə Nurlanın bacısı İlahə Nuruyeva, şəhid Rzayev Tərlanın anası Simnarə Səlimova, şəhid Nəbiyev Nicatın anası  Əfsanə Əbülfəzova, şəhid Yusifov Hüseynin anası Asya Məmmədova, şəhid Əhmədov Abdullanın anası Validə Əhmədova, şəhid Əhmədəliyev Kərimin anası Tamilla Əhmədəliyeva, şəhid Cabbarov Akifin xalası Cabbarova Maya, şəhid Nəsibov Elmarın anası Mehdiyeva Sürəyya.                                                                 
Zəfər tarixinə həsr olunmuş tədbirdə Vətən müharibəsi şəhidi Kərim Əhmədəliyev adına 3 A sinifinin şagirdləri şəhidlərə, vətənə, bayrağa, şəhid anasına aid seirlər söylədilər.

Məktəbin direktoru Bəşir Şəfiyev tədbirə gəldikləri üçün şəhid analarına və qonaqlara və tədbirin təşkilatçılarına  öz təşəkkürünü bildirdi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə sağlam həyat arzuladı.                                                              
Gənc, vətənpərvər rəssam Ayxan İsayev şəhidlər üçün hazırladığı dekorativ əsərləri və xeyriyyəçi iş adamı Həmid Səmidovun şəhid ailələri üçün göndərdiyi suvinerlər şəhid ailələrinə təqdim olundu. Kərim Əhmədəliyevin anası Tamilla xanım Xatirə müəlliməyə qələbə simvolumuzun rəmzi olan Xarı Bülbül baş örpəyi bağışladı.
  
Şəhid Kərim Əhmədəliyevin adına sinifinin rəhbəri Xatirə Fərmanova tədbirə gələn şəhid ailələrinə və qonaqlara öz təşəkkürünü bildirdi: 

- Zəfəri, sevinci şəhidlərimizin sayəsində yaşadıq. Şəhidlər 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazdılar. Əziz şəhid ailələri siz Vətən üçün, xalq üçün dəyərli övladlar tərbiyə etdiz, sizin böyütdüyünüz oğlanlar Vətəni yaşatdılar, milli-mənəvi dəyərlərimizi bizlərə qaytardılar. Biz siz analara çox borcluyuq. Azərbaycan xalqı Zəfər günlərini yaşayır, bu günlər üçün şəhidlərə, onları böyüdən valdeynlərə öz təşəkkürümü bildirərəm. Fidanların görüşünə gələn şəhid analarının, bacıların, nənələrin qarşısında baş əyirəm. Tamilla ananın bağışladığı hədiyyə mənə şərəf verdi. Raya xanıma, Yeganə xanıma, Kərim Əhmədəliyev adına 3 A sinifinin valdeynləri bu tədbirin ərsəyə gəlməsində göstərdikləri köməyə görə öz rəşəkkürümü bildirirəm.      

“Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova tədbir haqqında öz təsüratlarını bizimlə bölüşdü:                                  

- Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Bu əmanətləri ziyarət etmək, onların ağrısını, acısını onlarla birlikdə yaşamaq bizim vətəndaşlıq borcumuzdur, şəhid bir evin yox, bir elin şəhididir. Nə xoş bizə ki, hər zaman şəhid ailələrinin xidmətindəyik və  bu xidmətdən qürurluyuq. Tədbirə gələn şəhid ailələrinə şəxsən öz adımdan təşəkkürümü bildirirəm, şəhid anaların əllərindən öpürəm. Böyüməkdə olan nəsilin vətənpərvərlik ruhunun formalaşmasında bu cür tədbirlər  böyük rol oynayır, çünki bu günün şagirdi sabahı əsgəridir. Tədbirə yaxından kömək edən iş adamı Seyid Mirazad müəllimə və onun xanımına təşəkkür edirəm.                                                
Şəhid ailələrinə, media nümayəndəsi Yeganə Telmanqızna, “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikovaya, gənc rəssam Ayxan İsayevə və Kərim Əhmədəliyev adına 3 A sinifinin şagirdlərinə Təşəkkürnamə təqdim olundu.  
Xatırladaq ki, tədbirin ərsəyə gəlməsində yaxından köməklik göstərən  təqaütdə olan müəllimə Rəfiqə Abbasova, tədris üzrə direktor müavini Səbinə Almuradovadır.                                                                           

Sonda xatirə şəkili çəkildi. 

Zəfərin mübarək olsun Azərbaycan! 
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”









                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ