Sumqayıt Regional Mədəniyyət idarəsi Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbində “Zəfər Günün Mübarək Azərbaycan!" adlı möhtəşəm tədbir keçirildi.
Əvvəlcə Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev və idarənin bir sıra əməkdaşları məktəbin foyesində sərgilənən rəsm işləri ilə tanış oldular.
Tədbirin rəsmi hissəsində Azərbaycanın Dövlət Himni səsləndirildi torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Bədii hissədə məktəbin xalq çalğı alətləri orkestri və xalq çalğı alətləri ansamblının,eləcədə şagirdlər, müəllimlər müxtəlif ifalar və bir-birindən fərqli çıxışlarla çıxış etdilər. Məktəbin məzunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsinin 3-cü kurs tələbəsi xanəndə Aynur Həsənxanova öz ifası ilə qonaqları təbrik etdi.
Tədbirdə müəllimlərdən və şagirdlərdən ibarət xor kollektivi vətənpərvər mahnılarla və “Ümüd” rəqs qrupu rəngarəng rəqslərslərlə çıxış etdilər. Xormeyster Azərbaycan Respublikanın əməkdar müəllimi Firəngiz Xəlilovadır.
Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev pedaqoji kollektivi və Azərbaycan xalqını Zəfər bayramı münasibəti ilə təbrik etdi.
Tədbirin aparıçıları Respublikanın əməkdar artisti Cəlal Məmmədov və Sumqayıt Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Əminəxatun Tərlan idi.
Yeganə Telmanqızı
“XeberTıme.az”