SON DƏQİQƏ

Gəncədə 3 şəhidin adına tikilmiş bulaq kompleksinin açılışı möhtəşəm keçdi-FOTO

Tarix:7-11-2021, 09:58

Zəfər Bayramını "Qafqaz-Media"İctimai Birliyi olaraq doğma Gəncəmdə qeyd etdik.                                     
Üç şəhidimizin bulaq kompleksinin açılışı möhtəşəm keçdi:                               
Şəhid Məmmədov Vüsal Elşən oğlu 03 .08.1998- 09.11.2020
Şəhid Məmmədov Turxan Rizvan oğlu 09.08.1998-12 08 2020
Şəhid Vəliyev Oruc Ramiz oğlu 13.07.1994-18.10. 2020.

Tədbir Azərbaycan himninin sədaları altında başladı və şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu. Kompleksin ağ örtüyünü şəhidlərimizin valideynləri və Bərdədən dəvətimizlə açılışa qatılan dastana dönmüş şəhid Xudayarın anası Radə xanım açdı. Tədbirdə Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək 3000-ə yaxın şəhidlərimizə Allahdan rəhmət dilədi və şəhidlərimizin valideynlərinə baş sağlığı verdi. Zəfər Bayramı münasibəti ilə Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla Rəşadətli Ordumuzu xə xalqımızı təbrik etdi. Eyni zamanda QMİB-nin "Xarı Bülbül"diplomu ilə təltif olundu. Sonra 20-ə yaxın qazimiz "Əbədi Yaşar Fatehlər"diplomları ilə təltif olunaraq Azərbaycan Bayrağını dalğalandırdılar. Çıxış edənlər təşkilatçı hərbiçimiz Kamala və bulağın açılışına kömək edən Bağmanların xeyriyyəçi oğullarına təşəkkürlərini bildirdilər. Bulağı isə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə səciyyələndirdilər. Həmişə şəhid və qazi ailələrinə dəstək olan Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva var olun!
 
Hacı Azadə Taleh                                                             

Prezident təqaüdçüsü


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ